ONN İnformasiya Agentliyi

Bakı-Ağstafa qatarı ilə bağlı – SON VƏZİYYƏT

Bakı-Ağstafa qatarı ilə bağlı – SON VƏZİYYƏT
03 Dekabr 2019 - 22:38

Gəncə-Ağstafa sahəsində yolların əsaslı təmiri başa çatıb. Azərbaycan Dəmir Yolları QSC Bakı-Gəncə sürətli elektrik qatarının marşrutunun Ağstafaya çatdırılması üçün işlər aparır.

ONN media xəbər verir ki, bu barədə Musavat.com-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, perspektiv planda Bakı-Gəncə sürətli sənişin qatarının marşrutunu Ağstafayadək çatdırmağı planlaşdırır:

“Gəncə-Ağstafa sahəsində yolların əsaslı təmiri başa çatıb. Hazırda bu istiqamətdə yoldəyişənlərin yenilənməsi, enerji təchizatı sisteminin yenidən qurulması və təkmilləşdirilməsi, eləcə də rabitə və işarəvermə sisteminin müasirləşdiriləməsi işləri görülür”, – deyə qurumdan bildirilib.

Xatırladaq ki, Bakı-Gəncə qatarı ötən il dekabrın 30-dan fəaliyyət göstərir. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur.

Noyabrın 13-də Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda ölkə başçısı ilə dialoqu zamanı bildirib ki, qatar hazırda Bakıdan Gəncəyə 4 saata gedir. Lakin o, həmçinin qeyd edib ki, sürətin saatda 140-a qaldırılması ilə Bakıdan-Gəncəyə 3 saata çatmaq mümkün olacaq. Qurbanov həmçinin bildirib ki, Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan yolda işləri tam bitib.

“Orada 112-yə yaxın yol ötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən gec üç saat yarıma çatsın. Beləliklə, sərnişinlərin məmnunluğu, rahatlığı Sizin göstərişinizlə tam təmin olunacaq”, – deyə Cavid Qurbanov ölkə prezidentinə bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png