ONN İnformasiya Agentliyi

DİQQƏT- Bu yol sürücülər üçün bağlanır

DİQQƏT- Bu yol sürücülər üçün bağlanır
23 Sentyabr 2022 - 11:45

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi paytaxtda yeni piyada zonaları təşkil etməyi planlaşdırır.

Qurumdan ONN media-ya verilən məluamata görə, agentliyin təqdim etdiyi vizualizasiyada Bakının İslam Səfərli küçəsinin avtomobillərsiz görüntüsü əks olunub.

Artıq bu küçənin piyada zonasına transformasiyası aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb. Piyada zonasının təşkili üçün İslam Səfərli küçəsinin seçilməsi təsadüfi deyil. “Qış Parkı” ilə “Fəvvarələr meydanı”nı birləşdirən bu küçədə daha çox tarixi binalar və abidələr yerləşir. Mövcud piyada zonalarının əhatəsinin genişləndirilməsi üçün qeyd edilən ərazilərə bitişik bəzi küçələrin də avtomobilsizləşdirilməsi nəzərdə tutulur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png