ONN İnformasiya Agentliyi

Sabah paytaxtın bu hissələrində qaz olmayacaq

Sabah paytaxtın bu hissələrində qaz olmayacaq
29 Noyabr 2017 - 19:51

Bakının Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

ONN media xəbər verir ki, Nəsimi rayonu M.Sənani küçəsində diametri 273 mm-lik polietilen yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və diametri 250 mm-lik siyirtmənin qurlaşdırılması ilə əlaqədar, noyabrın 30-da saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 1 və 2-ci Altava,20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə küçələri,eləcə də Tibilisi və H.Əliyev prospektlərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png