Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistraturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (məntiqi təfəkkür, informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə təkrar sınaq imtahanı keçiriləcək.
ONN medianın DİM-in saytına istinadən verdiyi məlumata görə, elektron sınaq imtahanında iştirak etmək istəyənlər 17 fevral saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Sınaq imtahanı 17 fevral 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.
Sınaq imtahanında DİM tərəfindən 4 fevral tarixində ali təhsil müəssisələrinin və AMEA nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə keçirilmiş sınaq imtahanında istifadə edilmiş test tapşırıqlarından istifadə edilir.



Magistraturaya hazırlaşanların nəzərinə
Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə
Rezidenturaya qəbul üzrə sınaq imtahanı keçiriləcək
Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Növbəti sınaq imtahanı bu tarixdə keçiriləcək
Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə!
DİQQƏT: Qeydiyyat sabah başa çatır
Doktorantura və dissertanturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 