Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 25-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək.
DİM-dənONN media-ya verilən məlumata görə, magistraturaya qəbul imtahanına hazırlaşan bakalavrlar üçün fevralın 4-də imtahanın birinci mərhələsi üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı olacaq.
Sınaq imtahanında istifadə olunacaq testlər yenidir və magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə proqrama tam uyğundur. Sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. İmtahanın məqsədi bakalavrlara münasib vaxtda qapalı və açıq formalı test tapşırıqları vasitəsi ilə onların verbal və riyazi məntiqini, fəza təfəkkürünü , İKT və xarici dil üzrə bilik, bacarıq və vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.
İmtahanlar rayonlarda yaşayan iştirakçıların rahatlığını təmin etmək üçün Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər yanvarın 31-i saat 10:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan “Hesaba” daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.
Namizədlər imtahana yazılmaq üçün “Şəxsi kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı”, “Sınaq imtahanının növü”, “Magistratura səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq/mag səhifəsində yeni istifadəçi kimi qeydiyyatdan keçib imtahan binasını seçməlidirlər.



Bakalavrların nəzərinə
DİQQƏT: Sınaq imtahanı keçiriləcək
Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ!
Magistraturaya və doktoranturaya qəbul imtahanının vaxtı açıqlanıb
Magistraturaya sənəd qəbulu BAŞLAYIR
Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı
Sənəd qəbulu bu gün yekunlaşır
Magistraturaya hazırlaşanların nəzərinə
Magistraturaya hazırlaşanların nəzərinə
Buraxılış, qəbul və sınaq imtahanlarının vaxtı açıqlandı
DİQQƏT- Qəbul imtahanının nəticələri açıqlandı
Abituriyentlərin nəzərinə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 