Magistraturaya qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 25-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək.
DİM-dən ONN media-ya verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın beş şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.
Ərizələrin qəbulu internet vasitəsilə fevralın 2 dən 13-dək aparılıb. İmtahanda iştirak üçün 12387 bakalavr ərizə təqdim edib.
Onlardan 11205 nəfəri Azərbaycan bölməsi, 1182 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 5321 nəfəri oğlan, 7066 nəfəri isə qızlardır. Bakalavrlardan 6833-ü cari ilin, 5554-ü isə əvvəlki illərin məzunlarıdır, 31 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində üç, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərinin hər birində bir binada təşkil olunacaq. Bakıda 10705, Naxçıvanda 339, Gəncədə 838, Mingəçevirdə 292, Lənkəranda 213 bakalavrın imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə olunmasına 123 imtahan rəhbəri, 1153 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanda iştirak üçün ərizə təqdim etmiş ən yaşlı bakalavr 1961-ci ildəndir.



Sabah rezidenturaya qəbul imtahanı keçiriləcək
Bu gün qəbul imtahanları keçirilir
Rezidenturaya qəbul imtahanı keçiriləcək
Rezidenturaya qəbul imtahanı keçiriləcək
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirilir
Rezidenturaya qəbul imtahanının vaxtı açıqlandı
Magistraturaya qəbul imtahanı başlayıb
SON DƏQİQƏ: Nəticələr açıqlandı
1400-ə yaxın şəxs rezidenturaya imtahan verəcək
DİQQƏT- İmtahanların vaxtı açıqlandı
Sənəd qəbulu bu gün yekunlaşır
DİM magistraturaya qəbul imtahanı ilə bağlı məlumat yaydı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 