Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilmiş 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün bakalavrların ərizə qəbulu fevralın 11-də başa çatır.
DİM-dən ONN media-ya verilən məlumata görə, hazırda magistraturaya qəbul imtahanında iştirak etmək üçün 11074 (Azərbaycan bölməsi - 10053; rus bölməsi - 1021) bakalavr ərizəsini təsdiqlədib. Bakalavrların ərizələrinin qəbulu fevralın 1-dən başlayıb və internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavrlar günün sonunadək elektron ərizələrini dolduraraq təsdiq edə bilərlər.
Qeyd edək ki, qəbul imtahanı mərkəzləşdirilmiş qaydada iki mərhələdə aparılacaq. İmtahanın birinci mərhələsi fevralın 24-də, ikinci mərhələsi isə mayın 26-da keçiriləcək. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürunün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların ixtisas fənləri üzrə bilikləri yoxlanılır. Birinci mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.



Magistraturaya sənəd qəbulu başlayır
DİQQƏT - Sənəd qəbulu bu gün başa çatır
Magistraturaya sənəd qəbulu başa çatdı
Magistraturaya sənəd qəbulu BAŞLAYIR
Magistraturaya 5212 nəfər sənəd verib
Magistraturaya sənəd qəbulunda SON GÜN
Magistr olmaq istəyənlər mütləq oxuyun
Magistraturaya qəbul üçün qeydiyyat başladı
DİQQƏT- İmtahanların vaxtı açıqlandı
DİQQƏT: Sənəd qəbulu fevralın 21-dək davam edəcək
Magistr olmaq istəyənlərin nəzərinə
Əvvəlki illərin məzunları üçün imtahan nə vaxt keçiriləcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 