ONN İnformasiya Agentliyi

Valideynlərin DİQQƏTİNƏ-Qəbulla bağlı dəyişiklik var

Valideynlərin DİQQƏTİNƏ-Qəbulla bağlı dəyişiklik var
3-04-2018, 11:45


ONN media xəbər verir ki, birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə “Əlaqə” bölməsi vasitəsilə rəsmi müraciət etmək imkanı yaradılıb.

Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan  verilən məlumata görə, indiyədək mektebeqebul.edu.az <http://mektebeqebul.edu.az/>  saytının “Əlaqə” bölməsində valideynlər yalnız qısa suallara cavab ala bilirdilərsə, artıq bu bölməyə yazılan müraciətlər rəsmi müraciət kimi qəbul edilir və müvafiq müddət ərzində cavablandırılır.

“Bu yenilik valideynlərin vaxt itkisinin qarşısının alınması, ənənəvi yazılı (məktub) müraciətlərin cavablandırılması zamanı meydana çıxa bilən obyektiv ləngimələrin aradan qaldırılması və müraciətlərin daha operativ cavablandırılması məqsədilə tətbiq olunub. Valideynlərə birinci sinfə onlayn qeydiyyat prosesində onları maraqlandıran məsələlərə daha operativ cavab almaq üçün elektron sistemin “Əlaqə” bölməsi vasitəsilə müraciət etmələri tövsiyə olunur”, - BŞTİ-nin məlumatında deyilir.

 

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png