Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin işi tibbi-profilaktik vəziyyət nəzərə alınaraq iş prinsipi dəyişdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ONN media -ya verilən məlumata görə, dəyişiklik aşağıdakı qaydada davam edəcək: Elektron qeydiyyatdan keçə bilməyən valideynlər “Whatsapp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək. Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əks əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər. Valideynlər onları maraqlandıran suallarla bağlı iş günləri ərzində Təhsil Nazirliyinin Telefon məlumat mərkəzinə (nömrə 146) və BŞTİ-nin məlumat sorğu mərkəzinə (012 599-12-22) zəng etməklə cavab ala bilərlər. Bildirilib ki, bütün bunlar valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar tibbi-gigiyenik normaların qorunması məqsədlərinə xidmət edir.
I siniflərə qəbulla bağlı DƏYİŞİKLİK



Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərə müraciət etdi
Valideynlərin NƏZƏRİNƏ: Yeni qeydiyyat mərkəzləri yaradıldı
Bakı məktəblərinin I sinfə şagird qəbulunun II mərhələsi başlayıb
Təhsil Nazirliyi rəsmi məlumat yaydı
Valideynlərin nəzərinə: CƏMİ 6 GÜN QALDI
Valideynlərin NƏZƏRİNƏ!
Valideynlərin NƏZƏRİNƏ: Bu gündən qeydiyyat başlayır
Valideynlərin DİQQƏTİNƏ-Qəbulla bağlı dəyişiklik var
Bu gündən birinci sinfə qeydiyyat başlanılır
Birinci sinifə hazırlıq prosesi ilə bağlı məlumat
I sinfə elektron qeydiyyat başlayır
I siniflərə şagird qəbulu ilə bağlı YENİLİK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 