ONN media xəbər verir ki, Bakı şəhərində Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.
Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, Respublika mərhələsinin yarımfinal turunda Bakı şəhəri üzrə 2 264 şagird iştirak edib. Bakı şəhəri üzrə yarımfinal turu 18, 32, 189-190 və 276 nömrəli tam orta məktəblərdə keçirilib.
Olimpiadaların Respublika mərhələsinin yarımfinal turunda IX, X və XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə biliklərini sınayıblar. İnformatika fənni üzrə olimpiada isə aprelin 8-də Bakı Mühəndislik Universitetində təşkil olunacaq.
Bundan əlavə, bilik yarışında xüsusi istedadı və yüksək hazırlığı ilə seçilən VII, VIII sinif şagirdləri də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirib.
Fənn olimpiadalarının yarımfinal turunda yuxarı nəticə göstərən şagirdlər final mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.



Respublika fənn olimpiadalarının - ilk mərhələsi keçirilib
Teledərslərin aprelin 3-nə olan cədvəli açıqlandı
Azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadada növbəti uğuru
Bu şəxslər ali məktəbə imtahansız qəbul ola biləcəklər
Bakı Elm Olimpiadası keçiriləcək
MİQ üzrə müsahibə mərhələsi başlayır
Azərbaycanda 5 yeni lisey yaradılıb
Attestat ala bilməyənlər imtahan verdi
Ali məktəblərə imtahansız qəbul olmaq istəyənlərə MÜRACİƏT
Regionlarda lisey sinifləri yaradılacaq
Teymur Rəcəbov finala çıxa bilmədi
Müəllim olmaq istəyənlər imtahan verir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 