ONN media Olaylar-a istinadla bildirir ki, aprelin 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində “Oxu həftəsi”nə start verilib.
Bakı Şəhəri üzrə Təhsil Idarəsindən bildirilib ki, “Oxu həftəsi”nin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.
Təhsil müəssisələrində “Oxu həftəsi” çərçivəsində Azərbaycanın görkəmli ədiblərinin həyat və yaradıcılığından bəhs edən müzakirələr, müvafiq dərslər, konfranslar, mühazirələr, “Dəyirmi masa”lar və ədəbi-bədii kompozisiyalar təşkil ediləcək.
Qeyd edək ki, ənənəyə uyğun olaraq, hər il Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunur. Bu il aprelin 21-də keçiriləcək “Oxu günü” Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılacaq.
“Oxu Günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunur.
Tədbir çərçivəsində 30-dək nəşriyyat və kitabxana tərəfindən bədii-elmi kitabların sərgi-yarmarkası keçiriləcək.



Azərbaycan məktəblərində neçə gün dərs olmayacaq?
Bayramla bağlı məktəblərdə tətil günləri açıqlandı
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı
Altıgünlük məktəblərdə martın 7-si dərs olacaq?
Məktəblərdə qış tətilinin VAXTI MƏLUM OLDU
Yanvarın 17-də məktəblərdə xüsusi dərslər keçiriləcək
Məktəblərdə qış tətili başa çatdı
Nazirlik bu məsələ ilə bağlı MÜNASİBƏTİNİ BİLDİRDİ
Havaya görə Bakıda məktəblər bağlandı?
İlk dərslər Xocalı soyqırımının ildönümünə həsr olunacaq - RƏSMİ
Məktəblilərə ŞAD XƏBƏR - 18 mayda...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 