Dövlət İmtahan Mərkəzi (DİM) jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlara müraciət edib.
Bu barədə ONN media-ya Mərkəzdən məlumat verilib.
“Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət etmək imkanı verilib. Həmin bakalavrlar aprelin 20-dən 30‑dək DİM-in internet saytında qeydiyyatdan keçməli idilər. Bu müddət ərzində 10 nəfər bakalavr qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib ki, onlardan 9 nəfəri Azərbaycan bölməsinin, 1 nəfəri isə rus bölməsinin bakalavrlarıdır.
Həmin bakalavrlar 7 may 2018-ci il tarixində qabiliyyət imtahanı verməlidirlər. Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar mayın 4-dən 6-dək "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 2018-ci il mayın 7-də vərəqədə göstərilən vaxtda Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında qabiliyyət imtahanında iştirak etməlidirlər”, - DİM-in məlumatında bildirilib.
Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün şəxsiyyətini təsdiq edən sənədi, “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni, dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda), təqdim edilən materialların və çıxışların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı mütləq özləri ilə gətirməlidirlər.
Yuxarıda sadalanan sənədlərdən hər hansı birini gətirməyən bakalavrlar qabiliyyət imtahanına buraxılmırlar.



Jurnalistikaya qəbul imtahanı keçirildi
Jurnalist olmaq istəyənlərin nəzərinə
Qeydiyyatdan keçməmisinizsə mütləq oxuyun
DİM-dən magistratura ilə bağlı müraciət
DİM-dən bakalavrlara XƏBƏRDARLIQ
Nəticələr açıqlandı - DİQQƏT
DİM Magistraturaya qəbul olmaq istəyənlərə müraciət etdi
Magistraturaya qəbul üçün qeydiyyat başladı
Magistraturaya hazırlaşanlara ŞAD XƏBƏR
Magistr olmaq istəyənlərin DİQQƏTİNƏ!
DİQQƏT- Qəbul imtahanının nəticələri açıqlandı
Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ: iyulun 5-dək...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 