Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzindən ONN media -ya verilən məlumata görə, bu imtahanın nəticələrinə əsasən 15 nəfər bakalavr “məqbul” qiymət almış və jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ əldə edib. Məlum olduğu kimi, artıq bir neçə ildir ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlara bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət etmək imkanı verilir. Həmin bakalavrlar 2019-cu il aprelin 16-dan 25‑dək Dövlət İmtahan Mərkəzinin internet saytında qeydiyyatdan keçməli idilər. Bu müddət ərzində 16 nəfər bakalavr qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmişdir ki, onlardan 15 nəfəri Azərbaycan bölməsinin, 1 nəfəri isə rus bölməsinin bakalavrıdır. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar mayın 1-də və 2-də DİM tərəfindən təşkil olunan Qabiliyyət imtahanı komissiyasının üzvləri qarşısında qabiliyyət imtahanı verib. Komissiyanın tərkibinə jurnalistika üzrə kadrlar hazırlayan ali təhsil müəssisələrinin və Azərbaycan Mətbuat Şurasının nümayəndələri daxil edilib. Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşov da qabiliyyət imtahanının gedişini izləyib, imtahan verən bakalavrlara suallar ünvanlayıb, məsləhət və tövsiyələr verib. Bu imtahanın nəticələrinə görə, 15 nəfər bakalavr “məqbul” qiymət almış və jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ əldə edib. Həmin bakalavrlar 2019-cu il mayın 7-dək keçiriləcək proqram seçimi zamanı 44 saylı proqramı seçib təsdiq etməli və ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının mayın 26-da keçiriləcək ikinci mərhələsində jurnalistika üzrə inşa (esse) yazmalıdırlar.
Jurnalistikaya qəbul imtahanı keçirildi



DİM jurnalistika üzrə magistraturaya qəbulla bağlı bakalavrlara müraciət edib
Jurnalist olmaq istəyənlərin nəzərinə
Qeydiyyatdan keçməmisinizsə mütləq oxuyun
“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə!
Magistr olmaq istəyənlərin DİQQƏTİNƏ!
DİM Magistraturaya qəbul olmaq istəyənlərə müraciət etdi
DİM-dən magistratura ilə bağlı müraciət
“Magistr” jurnalının üçüncü nömrəsində …
Nəticələr açıqlandı - DİQQƏT
Magistraturaya hazırlaşanlara ŞAD XƏBƏR
Bu abituriyentlərin NƏZƏRİNƏ! Qeydiyyat başladı
Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ: iyulun 5-dək...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 