Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı açıqlanıb.
ONN media xəbər verir ki, bakalavr təhsil səviyyəsi üzrə ixtisasların illik təhsil xərclərində ən yüksək məbləğ 9 min manat müəyyənləşib.
"Dirijorluq", "Bəstəkarlıq", "Vokal sənəti", "İnstrumental ifaçılıq" ixtisasının illik xərci 9 min manat, "Tibb", "Müalicə işi", "Hərbi tibb", "Hərbi həkim işi"nin illik xərci 8 min manat , "Qrafika", "Stomatologiya", "Dekorativ-tətbiqi sənət" (sahələr üzrə), "Heykəltəraşlıq", "Rəngkarlıq" ixtisasının illik xərci 7 min manat , "Tibb bacısı işi", "Tibb bacısı (qardaşı) işi", "Fizioterapiya və tibbi reabilitasiya", "Əczaçılıq" ixtisasının illik xərci 6 min manat təşkil edir.
İllik xərcin ən aşağı məbləği isə 2100 manatdır.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilib. Qərara əsasən, hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyən edilib.
Qeyd edilib ki, ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.
Ətraflı siyahı ilə buradan tanış ola bilərsiniz



Bu ixtisaslar üzrə təhsil haqları artırıldı - SİYAHI
Təhsil haqları artırılır? - AÇIQLAMA
Bir uşağın illik xərci nə qədərdir?
Ali məktəblərin bakalavriat pilləsi üzrə yeni ixtisaslar yaradılıb – SİYAHI
Bu ixtisaslarda təhsil almaq istəyənlərə şad xəbər
Azərbaycanda təhsil haqqı ARTIRILDI — SİYAHI
Bakalavriat və magistraturada təhsil xərcləri artırıldı
Baş Nazirdən təhsillə bağlı daha bir QƏRAR
İyunda keçiriləcək vacib imtahanların dəqiq təqvimi
Gələn aydan hansı həkimlərin maaşı artırılacaq? - Siyahı
Tibb sahəsini seçmək istəyən tələbələrə ŞAD XƏBƏR
Bu universitetlərdə təhsil alan tələbələrə ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 