Azərbaycan Respublikası Təhsil İnstitutu lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama yayıb.
ONN media xəbər verir ki, açıqlamada 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verildiyi qeyd olunub.
"Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək"-, məlumatda bildirilib.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilib. Yeni qaydalara əsasən, qəbulun yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcəyi bildirilmişdi. Əvvəlki illərdə isə 4, 5, 6 və 7-ci siniflərdən şagirdlər lisey və gimnaziyalara qəbul olub, tədris ilini davam etdirə bilirdilər



DİQQƏT- Şagird yerdəyişməsi dayandırılır
Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
DİQQƏT- Yerdəyişmə müvəqqəti dayandırıldı
Birinci sinfə qəbul onlayn aparılacaq
Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
Lisey və gimnaziyalara qəbul qaydaları DƏYİŞDİ
Azərbaycanda 5 yeni lisey yaradılıb
Bu gündən birinci sinfə qeydiyyat başlanılır
Bakıda məşhur lisey fəaliyyətini dayandırdı
Bu şəxslərin DİQQƏTİNƏ - Nəticələr açıqlandı
DİQQƏT- Bu valideynlərə çağırış edildi
Lisey və gimnaziyalara sənədlərin qəbuluna başlanılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 