II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında yüksək bal toplayan abituriyentlər məlum olub.
ONN media xəbər verir ki, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 388.3 bal toplayan Bakı şəhər 89 saylı tam orta məktəbin məzunu Eldar Ramiz oğlu Mansurov göstərib. O, imtahanın birinci mərhələsində 278.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 677.9 bal toplayan Bakı şəhər 83 saylı məktəb-liseyin məzunu Nilufər Hidayət qızı Zeynallı göstərib. O, imtahanın birinci mərhələsində 291.1 bal, ikinci mərhələsində isə 386.8 bal toplayıb.
Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Aytac Ənvər qızı Baxşəliyeva göstərib. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 691.8 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. Aytac Baxşəliyeva imtahanın birinci mərhələsində 294.8 bal toplayıb.
Qeyd edək ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 41484 abituriyentdən (II qrup üzrə 18014 nəfər, III qrup üzrə 23470 nəfər) 1160 nəfər (II qrup üzrə 616 nəfər, III qrup üzrə 544 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır



İmtahanda ən yüksək nəticəni onlar göstərdi
I və IV qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı
Bu qrup üzrə imtahan nəticələri elan olundu
DİQQƏT: İmtahan nəticələri AÇIQLANDI
DİQQƏT- İmtahan nəticələri açıqlandı
DİQQƏT- İmtahan nəticələri elan olundu
DİQQƏT- Qəbul imtahanının nəticəsi açıqlandı
Qəbul imtahanının nəticələri açıqlandı
l və lV qrupun rekordçuları
Qəbul balları kəskin düşəcək - Ekspertdən ANONS
Bu qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı
II və III ixtisas üzrə imtahanların nəticələri açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 