Builki qəbul imtahanlarından 400 baldan yüksək nəticə göstərənlərin sayı ötənilki göstəricilərlə müqayisədə aşağıdır. ONN media xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov qeyd edib. Ekspert bildirib ki, II ixtisas qrupu üzrə cəmi 1 abituriyent 690-700 arası bal toplayıb. Halbuki 2018-ci ildə bu rəqəm 16 nəfər təşkil edirdi. 680-689 arası bal toplayan abituriyentlər isə 6 nəfər olub ki, bu da ötən illə müqayisədə 7 dəfə azdır. Ötən il həmin balı 42 nəfər toplamışdı. 670-679 arası bal toplayan abituriyentlərin sayı bu il 15 nəfər, keçən tədris ilində isə 82 nəfər təşkil edib. Müvafiq olaraq, 660-669 arası bal toplayan abituriyentlər 2019-cu ildə 35 nəfər, 2018-ci ildə isə 129 nəfər olub. Nəhayət, II ixtisas qrupu üzrə 650-659 arası bal toplayan abituriyentlər 69 nəfərdir, ötən il isə 182 nəfər idi. Bu il III ixtisas qrupu üzrə cəmi 2 abituriyent 690-700 arası bal toplayıb. Halbuki keçən il bu rəqəm 39 nəfər təşkil edirdi. 680-689 arası bal toplayan abituriyentlər 2019-cu ildə 9 nəfər, 2018-ci ildə isə 86 nəfər təşkil edib. 670-679 arası bal toplayan abituriyentlər cari tədris ilində 28 nəfər, ötən il isə 149 nəfər olub. 660-669 arası ballıq nəticəni 52 nəfər göstərib ki, bu da ötən il üçün kifayət qədər az rəqəmdir. Çünki 2018-ci ildə eyni nəticəni 227 nəfər göstərib. 650-659 arası bal toplayan abituriyentlər 93 nəfər olub, keçən il isə 300 nəfər idi. Kamran Əsədov əlavə edib ki, bu, II və III qrup üzrə keçid ballarının aşağı düşəcəyini deməyə əsas verir.
Qəbul balları kəskin düşəcək - Ekspertdən ANONS



Qəbul imtahanından az bal toplayan abituriyentlərə ŞAD XƏBƏR
Qarabağ universitetinin göstəriciləri açıqlandı
Azərbaycanda koronavirusa yoluxmanın bölgələr üzrə STATİSTİKASI
Əksər abituriyentlər bu universiteti seçir
Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı
Qarabağ Universitetindəki problemlərin aqibəti necə oldu?
İxtisas seçimi başa çatdı
42062 nəfər tələbə adı qazandı
DİM keçid balları barədə: Bəzi ixtisaslar üzrə ballar aşağı düşə bilər
Azərbaycandakı narkomanların sayı AÇIQLANDI
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb
Ali məktəblərə ixtisas seçimi başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 