Bizim müəllim maaşlarının aşağı olmasının əsas səbəblərindən biri onların həftəlik dərs saatının az olmasıdır. Hazırda 4 müəllimdən biri həftədə cəmi 12 saat dərs deyir. Təbii ki, bu qədər işləyən adamın maaşı da aşağı olur.
ONN media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev parlamentin bir neçə komitəsinin ortaq iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Buna görə də bizim sertifikatlaşdırma yanaşmamızın növbəti mərhələsində (2027–2030-cu illər) əsas məqsəd müəllimlik peşəsində saatlıq, yarımştat, təsadüfi dərs demə praktikasını aradan qaldırmaqdır. Müəllimlərin işini daimi və peşəkar əsasda qurmaq lazımdır. Necə ki, hər birimizin 9:00–18:00 iş qrafiki varsa, müəllimlər üçün də daimi iş modeli yaradılmalıdır.
Bu model tamamilə könüllü olacaq. Heç kəs məcbur edilməyəcək. Rəqabətli, yüksək maaşlı, tam iş günü olan müəllim modeli formalaşdırılacaq. Həmin müəllimin həftəlik dərs yükü 18–24 saat olacaq, qalan saatlarda isə digər təhsillə bağlı fəaliyyətlə məşğul olacaq – məsələlər hazırlayacaq, valideynlərlə işləyəcək, şagirdlərlə fərdi yanaşmalar quracaq və s.
Bu vəzifəyə yalnız sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlər seçiləcək. İstəməyənlər isə yenə də sovet dövründən qalmış saatlıq sistemdə – "stavka" əsasında fəaliyyət göstərə bilər.
Ancaq biz anlamalıyıq ki, bu sistemin alternativi yoxdur və "stavka" sistemi artıq özünü doğrultmur. Bu, dəyişməli və 100 illik köhnə təcrübədən qurtulmalı islahatdır", - o qeyd edib.
Müəllimlər axşam saat 6-ya kimi məktəbdə qalacaq - Nazir detalları AÇIQLADI



Bu müəllimlərin də maaşı artacaq
Azərbaycanda dərs ili uzadılır? - Təhsil nazirindən AÇIQLAMA
Əmrullayevdən müəllimlərə MÜJDƏ: yeniliklər olacaq...
Siniflərin yarımqruplara bölünməsi müəllimlərin maaşına təsir göstərəcək?
Vaksindən imtina edən müəllimlər cəzalandırılacaq? - RƏSMİ CAVAB
Təhsil Nazirliyindən Novruz tətili açıqlaması: bu tarixlərdə dərs olacaq
Direktor və müəllim arasında mübahisənin təfərrüatı açıqlanıb
Təhsil nazirinin müavini: "Bu intiharların bir neçə səbəbi var"
Sertifikasiyadan kəsilən müəllimlər MİQ-də iştirak edə bilər? - Nazir açıqladı
Sinif rəhbərləri hər gün məktəbə gedəcək? - Rəsmi açıqlama
Bakıda işləyən müəllimlər nə qədər maaş alır?
Leyen Azərbaycanda səfərdədir: Bayramov qarşıladı
DTX Mətbuat xidmətinin məlumatı
Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər
Təbrizdə güclü partlayış oldu
Dəmiryol Muzeyinə giriş sərbəst olacaq
Temperatur 35 dərəcəyə yüksələcək
Rayonlara avtobuslarla gedən sərnişinlərə şad xəbər!
"Qarabağ" bir gündə 2 oyun keçirəcək
Zarafat qanla bitdi: həmkəndlisini öldürdü
Mbappe Messini keçdi
Qadınların pensiya yaşı artırıldı
Günün qoroskopu: Bu gün bu işlər üçün əlverişli gündür
Venesuelada zəlzələ qurbanlarının sayı 1719-a çatıb
Yeni peşə təhsili ixtisasları yaradıldı
“Qarabağ” 1 milyona müdafiəçi alır 