"Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, "Instagram", "TikTok" və xüsusilə "Telegram"da saxta hesablar vasitəsilə ödəniş müqabilində hər hansı imtahan balının artırılması ilə bağlı qeyri-real çağırışlar edilir və dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunur".
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, həmin şəxslər səhifələrini cəlbedici etmək üçün çox vaxt DİM-in loqosu və adından istifadə edirlər: "Onlar hətta öz postlarının altında başqa saxta hesablar vasitəsilə güya kömək aldıqlarını yazmaqla digər vətəndaşlarda maraq oyatmağa çalışırlar.
Abituriyentlər və valideynlər diqqətli olmalı və sosial şəbəkələrdə bu tip "təhrikedici" təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər. Unutmaq lazım deyil ki, belə çağırışlara qoşulmaq hər iki tərəf üçün hüquqi məsuliyyət yaradır.
Dövlət İmtahan Mərkəzi mütəmadi olaraq bu cür səhifələrlə bağlı məlumatları müvafiq hüquq mühafizə orqanlarına təqdim edir.
İstifadəçilər ayıq olmalı, dələduzların toruna düşməməli və belə süni çağırışlara məhəl qoymamalıdırlar. Hər kəs öz biliyinə güvənməli və dərk etməlidir ki, yalnız imtahanda iştirak etməklə müəyyən bal toplaya bilər və həmin bala kimsə müdaxilə edə bilməz".



DİM sosial şəbəkə istifadəçilərinə müraciət etdi
"BakıKart"dan istifadə edənlərə XƏBƏRDARLIQ
Zeynəb Xanlarova adından dələduzluq edildi
“İnstagram”da dələduzluq edən şəxs ələ keçdi
Yeni il ərəfəsində fəallaşan kiberdələduzlarla bağlı xəbərdarlıq
AZAL bu şəxslərə XƏBƏRDARLIQ ETDİ
SOCAR adından edilən bu təkliflərə aldanmayın!
“Telegram”da yeni dələduzluq - Ehtiyatlı olun!
SOCAR əhaliyə müraciət etdi
İmtahan tarixləri ilə bağlı yayılan xəbərlərə - DİM-dən CAVAB
Daha bir imtahan təxirə salındı
Polis xəbərdarlıq etdi: Onlara pul verməyin!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 