ONN media xəbər verir ki, mayın 13-də Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qəbul imtahanlarının nəticələrini bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, nəticələr elan olunmamışdan öncə DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə yenidən canlı yayım ediləcək. Canlı yayımda 2 gün ərzində Apelyasiya Komissiyasına, eləcə də DİM-in Facebook səhifəsinə və elektron poçtuna imtahanda istifadə olunmuş suallarla bağlı ünvanlanan müraciətlərə cavab veriləcək, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, onları maraqlandıran digər suallar izah ediləcəkdir.
Canlı yayım zamanı əlavə suallarınızı müvafiq postun altına yaza və ya sizə təqdim olunacaq “whatsapp” nömrəyə səsli, yazılı mesaj kimi göndərə biləcəksiniz. “Whatsapp” nömrə canlı yayım zamanı elan olunacaq. Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz. Bölmə, ixtisas qrupu, fənn, test tapşırığının nömrəsi göstərilməlidir.
Qeyd edək ki, imtahandan dərhal sonra «Space» telekanalında 4 saat müddətində canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verilmişdir.
Bundan əlavə test tapşırıqlarının doğru cavab etalonları, sual kitabçaları və test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilmişdir.
Mayın 14-dən etibarən isə imtahanda istifadə olunmuş tapşırıqların məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb və hazırda Komissiya işini davam etdirir.



Bu şəxslərin imtahan nəticələri ləğv olundu
II və III ixtisas qrupları üzrə qəbul imtahanı başa çatdı
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb
lV qrupa qəbul imtahanı başa çatdı
Qəbul imtahanının nəticələri nə vaxt açıqlanacaq?
Bu ixtisaslar üzrə qəbul imtahanı keçirild
Ehtiyatda olan hərbiçilərin toplanışı ilə bağlı RƏSMİ CAVAB
ll qrup ali məktəblərə qəbul imtahanı keçirildi
Ali təhsil müəssisələrinə qəbul imtahanları ilə bağlı DƏYİŞİKLİK EDİLDİ
DİQQƏT- Nəticələr elan olundu
I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
İmtahana telefon keçirmək istəyən abituriyentlər qovuldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 