Dövlət İmtahan Mərkəzindən ONN media-ya verilən məlumata əsasən, bu gün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi keçirilir.
İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 25 imtahan binasında aparılır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı, bəziləri üzrə qabiliyyət imtahanı verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2018-ci il mayın 7-dən 17-dək aparılıb və 8183 nəfər qəbul proqramını seçərək təsdiqləyib.
İmtahanın idarə olunmasına 81 imtahan rəhbəri, 786 nəzarətçi-müəllim ayrılıb.



Magistr olmaq istəyənlərin DİQQƏTİNƏ!
DİM Magistraturaya qəbul olmaq istəyənlərə müraciət etdi
Jurnalistikaya qəbul imtahanı keçirildi
Magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi başa çatıb
Bu gün buraxılış imtahanı keçirilir
Ali məktəblərə qəbul üzrə ballar BELƏ HESABLANACAQ - CƏDVƏL/RƏSMİ
Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ: iyulun 5-dək...
Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
DİQQƏT- Qəbul imtahanının nəticələri açıqlandı
DİQQƏT- İmtahanların vaxtı açıqlandı
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirilir
Magistr olmaq istəyənlərin nəzərinə
Həkimlərdən xəbərdarlıq: Kofeyə yox deməyin vaxtı gəlib?
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Oktay Kaynarcadan sevənlərinə SÜRPRİZ
Rayonlarda pensiyalar nə vaxt veriləcək?
Lavrovla Fidan görüşdü
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Sabah Bakıda 34° isti olacaq
Flora Kərimovanın son VƏZİYYƏTİ
İyunun 21-də keçiriləcək imtahanla bağlı vacib açıqlama
İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi
Azərbaycanda Məhərrəm ayı başlayıb
Bakının bu iki rayonunda işıq OLMAYACAQ
Milli Qəhrəman Muxtar Qasımovun şəhidliyindən 34 il ötür
"Azeri Light" neftinin qiyməti 4 faizdən çox ucuzlaşıb
"Qarabağ"ın Avropa Liqasındakı ilk rəqibi bu gün bəlli olacaq 