"Abituriyent" jurnalının 3 saylı buraxılışı nəşr edilib.
ONN media xəbər verir ki, jurnalda ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri, qəbul aparılan ixtisaslar, plan yerləri, Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub. Bu nömrədə 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri, qəbul aparılan ixtisaslar, onların plan yerləri, Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunmuşdur. Qaydalara əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır. İxtisas seçimi iyulun 25-dən avqustun 6-dək internet vasitəsilə aparılır.
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı da verməlidirlər. Qabiliyyət imtahanında iştirak etmək üçün qəbul (cari ilin abituriyentləri buraxılış) imtahanında topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər (fənlər üzrə bal məhdudiyyəti tələb olunmur) iyulun 6-dan 16-dək DİM-in internet saytında eservices.dim.gov.az/erizetex/qabiliyyet səhifəsinə daxil olaraq seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qabiliyyət imtahanları iyulun 30-dan avqustun 3-dək Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilimiş qaydada keçirilir. "Abituriyent" 3 jurnalını DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M. Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.



DİQQƏT: Bu gündən ixtisas seçimi başlayır
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Ali məktəblərə sənəd verənlərin NƏZƏRİNƏ
DİQQƏT- Boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
Kolleclərə ixtisas seçimi başlayıb
DİQQƏT- Nəticələr açıqlandı
Kolleclərə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edildi
Abituriyentlərin DİQQƏTİNƏ: müddət uzadıldı
İxtisas seçimi nə vaxt başlayacaq?- Rəsmi
Ali məktəblərə ixtisas seçimi başlayır
Kolleclərə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 