Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yüzlərlə tələbənin haqqını bərpa edib.
ONN media Axar.az-a istinadla xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Səməd Vəkilov deyib. Hüquqşünas bildirib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biznesin təşkili və idarə edilməsi fakültəsinin yüzlərlə məzununun təhsil hüquqları kobud şəkildə pozulub:
"Onlara Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İxtisaslaşdırılmış Şurasının 05 iyul 2016-cı il tarixli qərarına əsasən, MBA (Master of Business Administration) proqramı üzrə magistr dərəcəsi verilsə də, diplomlarına doktoranturaya qəbul edilmə hüququ məhdudlaşdırılmışdı. Belə ki, yüzlərlə tələbənin diplomuna "Bu diplom müvafiq ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas verir” hüququ verilməsi qeyd edilmişdi. Lakin bundan əvvəl həmin universitetin və digər universitetlərin magistr diplomlarında "Bu diplom doktoranturada təhsili davam etdirmək və müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas verir” hüququ qeyd edilib”.
S.Vəkilov bildirib ki, bu barədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələblərinin rəsmi vəkalətçisi kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib:
"Mehriban xanım problemi dərhal nəzarətə götürdü və qısa müddətdən sonra tələbələrin hüquqları bərpa edildi, məzunların hamısının diplomları dəyişdirildi və onların da digər məzunlar kimi, hüquqları tanındı”.
S.Vəkilov yüzlərlə tələbənin problemini qısa müddətdə ədalətlə həll etdiyi üçün Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib:
"Bu, həm də həyata yeni qədəm qoyan yüzlərlə məzunumuzun təsəvvüründə müsbət mənada dərin iz buraxan hadisədir. Onlar bunu heç zaman unutmayacaqlar. Bu baxımdan Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk”.



DİM-dən bakalavrlara MÜRACİƏT
Magistr diplomlarının verilməsinə dair VACİB QƏRAR
Bu xidmətə YENİ RƏİS təyin olundu
ADA Universiteti orta ixtisas üzrə də kadr hazırlayacaq - FƏRMAN
Anar Kərimov ona VƏZİFƏ VERDİ
“SOCAR Türkiye”də yeni təyinat oldu
Bu universitetdə maaşlar artırıldı
BDU-nun 18 yaşlı məzunları magistraturaya qəbul olundu
ADNSU-nun rektoru vəzifəsi ona həvalə olundu
Nazirlikdə yüksək vəzifəyə YENİ TƏYİNAT - FOTO
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Azərbaycanda yüksək vəzifəyə təyinat
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 