“Yaş və psixoloji xüsusiyyətləri ilə əlaqədar kiçik, böyük summativ qiymətləndirmənin ləğv edilməsi ilə hər birinci sinif şagirdi 72 summativ qiymətləndirmə yükündən azad olub”.
ONN media Publika-ya istinadla xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırovun “Azərbaycan müəllimi” qəzetinə məktəblərdə summative qiymətləndirmələrdə nəzərdə tutulan dəyişikliyi şərh edərkən deyib.
Onun sözlərinə görə, ikininci və üçüncü siniflərdə isə yalnız kiçik summativ qiymətləndirmələr olacaq.
“Kiçik summativ qiymətləndirmələri fənn müəllimləri həyata keçirir. Hazırda qüvvədə olan qaydaya görə, qiymətləndirmə vasitələrini müəllim özü seçir. İndiyədək il ərzində neçə kiçik summativ qiymətləndirmə keçirəcəyinə də müəllim özü qərar verib. Lakin artıq belə olmayacaq. Qaydalarda dəyişikliklərdən sonra keçiriləcək summativ qiymətləndirmələrin sayı da konkretləşib. Belə ki, orta təhsil səviyyəsində kiçik summativ qiymətləndirmələrin sayı hər yarım ildə 3-dən az olmamalıdır”.
Vidadi Bağırovun sözlərinə görə, bu şərt ona görə qoyulub ki, 1 və 2 qiymətləndirmə əldə edilən bilik və bacarıqları müəyyən etməkdə kifayət deyil.
“Azı 3 kiçik summativ qiymətləndirmə olmalıdır ki, şagirdlərin nəyə qadir olduqları ilə bağlı reallığı tam əks etdirsin. Qüvvədə olan qaydalara əsasən, böyük summativ qiymətləndirmələri məktəb rəhbərliyi aparır. Təcrübə göstərdi ki, böyük summativ qiymətləndirmələr bütün siniflərdə həyata keçirildiyindən məktəb rəhbərliyinin buna fiziki gücü çatmırdı. Odur ki, bu iş də müəllimlərin üzərinə atılırdı. Ona görə də gözləntilər nəticə vermirdi”.
V.Bağırov onu da vurğulayıb ki, yeni yanaşmada böyük summativ qiymətləndirmələrin sayı azalıb.
“Belə ki, ümumi təhsil pilləsində hər səviyyənin sonunda bütün fənlərdən böyük summativ qiymətləndirmə nəzərdə tutulub. Yəni, ibtidai təhsil səviyyəsinin sonunda - IV sinifdə, ümumi orta təhsil səviyyəsinin sonunda - IX sinifdə və tam orta təhsil səviyyəsinin sonunda - XI sinifdə bütün fənlər üzrə böyük summativ qiymətləndirmə keçiriləcək. Bu da hər təhsil səviyyəsinin sonunda əldə edilən bilik və bacarıqların ölçülməsi məqsədi daşıyır. Digər siniflərdə - V, VI, VII, VIII və X siniflərdə yalnız buraxılış imtahanları olan fənlərdən böyük summativ qiymətləndirmələr keçiriləcək. Bu da şagirdlərin buraxılış imtahanlarına daha yaxşı hazırlaşmalarını təmin etməkdən ötrüdür. Bundan başqa, mütəxəssislər hesab edirlər ki, böyük summativ qiymətləndirmənin sayının azalması məktəb rəhbərliyinə imkan verəcək ki, şagirdlərin nəyə qadir olduqlarını müəyyənləşdirib, bunu gələcək planlaşdırmalarında nəzərə ala bilsinlər”.



Təhsil sistemində daha bir yenilik edildi
Summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərin detalları AÇIQLANDI
İmtahanların sayı azaldıla bilər?
Summativ qiymətləndirmə ləğv edilə bilər
Nazirdən I siniflər üçün mühüm ƏMR
Məktəblərdə summativ qiymətləndirmə necə aparılacaq? - AÇIQLAMA
Məktəblərdə YENİLİK- Artıq...
II yarımil üzrə qiymətləndirmə başa çatıb
Məktəblərdə qiymətlər 100 bal üzrə hesablanacaq
Orta məktəb müəllimləri üçün qiymətləndirmə keçirilir
Kəsilən 4 min müəllimin yerinə sentyabrda işə kim gələcək?
Şagirdlərin qiymətləndirilməsinə başlanıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 