Serfikasiya ilə bağlı fikirlərim birmənalı olmasa da, hər halda müəllimlərin sertfikasiyadan keçirilməsi onların məsuliyyətini artırır.
ONN media xəbər verir ki, bu sözləri sabiq təhsil naziri Misir Mərdanov “Demədi Demə” Yutub kanalının “Qara-qırmızı” layihəsində qonaq olarkən deyib.
Azərbaycanda təhsilin ən böyük sahə olduğunu bildirən sabiq nazir sertfikasiya nəticələrindən narazılığını da ifadə edib:
“Bir müddət əvvəl təhsil naziri 4 min müəllimin sertfikasiyadan keçmədiyini açıqladı. Bu, olduqca narahatedici məqamdır. Niyə 4 min müəllim kəsilməlidir? Çıxan o qədər müəllimin yerinə sentyabrda məktəbə kim gələcək? Gələn il bundan yaxşı olacaqmı? İstər təhsil sahəsi, istərsə də digər sahələrdən olan insanın əmək fəaliyyətinin qiymətləndirilməsi ümumiyyətlə həssas və çox ciddi məsələdir. O sualları yazan kimdir? 450 min rəqəminin sözlə yazılmasının müəllimin biliyinə nə aidiyyatı var? Bu cür imtahanlarla ömrünü məktəbə həsr eləmiş müəllimlərin təhsil müəssisələrindən kənarlaşdırılması düzgün deyil”.
O, sovet təhsil sistemində bəzi mühüm ixtisasların mövcud olmadığını xatırladaraq, bunun bugünkü təhsil sistemindəki roluna toxunub:
“Qiymət verərkən gündəliyə yox, insanın prosesdəki fəaliyyəti diqqətə alınmalıdır. O zaman müəyyən elədik ki, dünyada diaqnostik, formativ, summativ qiymətləndirmələr var. Bunun hansının mahiyyətinin nə olduğunu aydınlaşdırmaq üçün çalışdıq. Müəllim bir müddət müşahidə aparıb, sinifdəki uşaqların fənn üzrə nə qədərinin hansı potensialda olduğunu aydınlaşdırmalı, formativ qiymətləndirmə əsasında isə onların hansı mühitdə, psixologiyada yetişdiyini müəyyənləşdirməli, təhsildə irəliləməsinə əngəl olan məqamları üzə çıxarıb, onun əsasında qiymətləndirmə aparmalıdır”.



Sosial şəbəkələrdə səs yazısı yayılan müəllimin aqibəti necə oldu?
349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək
Müəllimlərə şad xəbər
Misir Mərdanovdan müəllim-şagird qarşıdurmasına reaksiya
Sertfikasiyadan keçən müəllimlərə əlavələr nə vaxt veriləcək?
Təhsil Nazirliyindən müəllimlərə şad xəbər- 45 MİN NƏFƏRİN MAAŞI ARTACAQ
ŞAD XƏBƏR: Bu müəllimlərin maaşı artırılacaq
O müəllimlərin MAAŞI ARTDI
Vaksin vurdurmayan müəllim və tələbələr məktəbə buraxılmayacaq
Müəllimlərlə bağlı YENİLİK- Gələn ildən...
1305 müəllimin iş yerini dəyişdirməsi TƏSDİQLƏNDİ
Tələbənin geyiminə fikir bildirən universitet müəllimi söhbətə çağırıldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 