Azərbaycan Milli Elmlər Akademiyasında valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması AMEA-nın vəsaiti hesabına təmin ediləcək, yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 36 manat müavinət veriləcək.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarında etdiyi dəyişikliklərdə əksini tapıb.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər AMEA-nı bitirdikləri zaman Nazirlər Kabinetinin “Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması haqqında” qərarına uyğun olaraq, AMEA-n;n xərclər smetası hesabına 27,5 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar.
Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinə tapşırılıb.



ŞAD XƏBƏR: Bu uşaqlara müavinət veriləcək
Valideynlərin NƏZƏRİNƏ- Bu uşaqlar üçün pul ödəniləcək
Bu şəxslərə 265 MANAT PUL VERİLƏCƏK
Bu uşaqların təhsil haqlarını dövlət ödəyəcək
Bu ailələrə 480 manat veriləcək
Bu uşaqların təhsil haqqını DÖVLƏT ÖDƏYƏCƏK
XOŞ XƏBƏR: Azərbaycanda bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Bu uşaqların təhsil haqqını dövlət ödəyəcək
Azərbaycanda aztəminatlı gənclərə yaşayış sahələri veriləcək?
Bu nazirliyin səlahiyyətləri artırıldı - QƏRAR
Övladlığa götürülmə ilə bağlı QAYDALAR DƏYİŞDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 