ONN media Ölkə.az-a istinadla xəbər verir ki, Təhsil Nazirliyində yeni təyinat olub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Elnur Məmmədov təhsil naziri Ceyhun Bayramovun müşaviri təyin edilib.
Qeyd edək ki, E.Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbi fəxri şəhadətnamə ilə başa vurub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr (2002) və magistr (2004) səviyyələrini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində BDU-nun nəzdində fəaliyyət göstərən tələbə təhsil-resurs mərkəzinin direktoru olmuş, universitetin elmi jurnallarında beynəlxalq hüquq və münasibətlər üzrə məqalələri dərc edilib. 2004-cü ildə ABŞ Departamentinin Edmund Muskie tələbə təqaüd proqramının qalibi olaraq Vaşinqton Universitetinin hüquq fakültəsinin magistr səviyyəsini (2005) fərqlənmə diplomu ilə bitirib. 2007-2010-cu illərdə BDU-nun hüquq fakültəsinin mülki hüquq kafedrasında beynəlxalq kommersiya əqdləri fənnini ingilis dilində tədris edib. 2018-ci ildə Fransada yerləşən nüfuzlu INSEAD biznes məktəbinin idarəçilik ixtisası üzrə məzunu olub.
Müxtəlif illərdə Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, ölkə iqtisadiyyatının real sektorunda fəaliyyət göstərən iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb. Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.
Ailəlidir, iki övladı var.



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə təyinat olub
Mərkəzi Banka baş direktor təyin olundu
Fərhad Quliyev İdarə rəisi təyin olundu
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
İlham Əliyev nazir müavini təyin etdi
Oman Sultanlığına yeni təyin olunan səfirimiz kimdir? - DOSYE
Nazirdən yeni təyinat
Azərbaycanda yüksək vəzifəyə təyinat
Prezidentin icra başçısı təyin etdiyi Rəşad Tağıyev kimdir? - DOSYE
Seymur Talıbovun yerinə gətirilən xanım kimdir?
Bu gün Hikmət Hacıyevin 41 yaşı tamam olur
Başçı təyin edilən gənc deputat kimdir? – Video
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 