ONN İnformasiya Agentliyi

Bu məktəbdə nə baş verir?- AÇIQLAMA

Bu məktəbdə nə baş verir?- AÇIQLAMA
14 Yanvar 2019 - 10:58

167 №-li tam orta məktəbdə ayaqyolu və ingilis dili otaqları tikildiyi üçün şagirdlərdən pul yığılması ilə bağlı məlumat yayılıb.

ONN media Qafqazinfo-ya istinadla bildirir ki, müəllim valideynlərə məktub yollayaraq hər iki otağın təmirinə görə 10 manat (hərəsinə 5 manat olmaqla) məbləğində köməklik etmələrini istəyib. 

“Qafqazinfo” məsələylə bağlı sözügedən məktəbin direktoru Qasım Qasımovla əlaqə saxlayıb. Direktor bildirib ki, hazırda məktəbdə hər hansı bir təmir işi getmir:

“Sözügedən işlər sentyabr ayında görülüb. Bu zaman da sadəcə bir arakəsmə sökülüb. Yaxşı olar ki, bunu paylaşan valideyn elə birbaşa mənə müraciət etsin, məsələni araşdıraq. Bəlkə həqiqətən hansısa müəllim yalandan uşaqlardan pul istəyib. 

Sentyabr ayında bu məktəbə təyin olunmuşam və elə o vaxt valideynlərlə görüşümdə bildirmişəm ki, hər hansı səbəblərdən uşaqlardan bir qəpik də yığılmayacaq. Çünki qulağıma çatmışdı ki, əvvəllər nəsə xoşagəlməz hallar baş verib. Odur ki, bu kimi məqamlarda valideynlər birbaşa mənimlə əlaqə saxlasın”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Bu məktəbdə nə baş verir?- AÇIQLAMA
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png