ONN İnformasiya Agentliyi

Bu şəxslər imtahan vermədən istədiyi ali məktəbdə oxuyacaq – DİQQƏT

Bu şəxslər imtahan vermədən istədiyi ali məktəbdə oxuyacaq – DİQQƏT
12 İyun 2018 - 14:40

"Beynəlxalq olimpiadalarda qalib olanlara dövlət ali məktəblərində istədikləri ixtisasda təhsil almaq imkanı yaradılacaq".

ONN media xəbər verir ki, bu sözləri millət vəkili İsa Həbibbəyli "Təhsil Haqqında" qanun layihəsinə dəyişiklikdən danışarkən deyib.

Onun sözlərinə görə, bu dəyişikliyin mahiyyəti həmin gənclərin xaricə axınının qarşısını almaqdır:

"Beynəlxalq olimpiadalarda ali məktəbə qəbul olanların əksəriyyəti yerli ali məktəblərə deyil, xarici universitetlərə üz tuturdular. Bunun səbəbi həmin şəxslərin yalnız müsabiqədən qalib olduqları sahələr üzrə müsabiqədənkənar ali məktəblərə qəbul edilməsi idi. Bu dəyişiklikdən sonra beynəlxalq olimpiadanın qalibləri olan şagirdlərimizə istənilən ixtisas üzrə müsabiqədənkənar təhsil almaq imkanı yaradılır. Respublika üzrə olimpiadaları həvəsləndirmək üçün onların ali məktəblərin qalib olduğu ixtisas üzrə müsabiqədənkənar ixtisas üzrə təhsil almasına imkan yaradılır. Bunların sayı çox deyil. Bu qanunu qəbul etməklə, həmin dəyərli gənclərin ölkədə təhsil almasına imkan yarada bilərik".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png