Unutmayaq, unutdurmayaq!
16 dekabr (1961-1991), yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetrilmiş, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əsgərovanın doğulduğu gündür.
Əsgərova Salatın Əziz qızı 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna indiki Azərbaycan Dövlət Akademiyasına daxil olub. 1988-1989-cu illərdə Qarabağda baş verən hadisələr, azərbaycanlıların başına gətirilən hadisələr Salatın Əsgərovanı tamam başqa sahəyə gətirir. Universitetin Mühəndislik fakultəsini bitirsə də, o jurnalist kimi fəaliyyət göstərməyə başlayır. “Molodyoj Azerbaydjana” qəzetində jurnalist kimi fəaliyyət göstərir. Qəzetin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazır, tez-tez cəbhənin qaynar nöqtələrində olur. Həmçinin heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışır.
Hazırladığı reportajlarla müharibənin ən qızğın nöqtələrindən xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu kütləsi yığmağı bacarır. Bir oğul anası olan Salatın onun gələcəyi, əmin-amanlıq içərisində yaşaması üçün bu çətin yolu seçmişdi. Hər zaman olduğu kimi yenə əcəl ölüm zəngini vaxtında çalmır.
Daim ön cəbhədə olan Salatın Əsgərova bir gün ordan geri dönə bilmir. İnsanlar onun yazılarını gözləyərkən ölüm xəbəri gəlir. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur və elə oradaca qətlə yetirilir.
Qeyrətli vətən qızı Salatından geriyə torpaq üçün göstərdiyi qəhrəmanlıqları, vaxtında hazırladığı reportajları və bir oğlu qaldı. Hazırda o da anasının yolunu davam etdirərək jurnalist kimi fəaliyyət göstərir.
Vəfatından sonra Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olunur.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulmuşdur. Yaşadığı binaya barelyefi vurulmuşdur. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd adlanır”.
Allah rəhmət eləsin. Ruhu şad olsun.



Bu gün Salatın Əsgərovanın doğum günüdür
16 dekabr Salatın Əsgərovanın doğum günüdür
Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əsgərova
Şəhidlər ölməz, Vətən bölünməz!
Salatın Əsgərovanın oğluna vəzifə verildi
Salatın Əsgərovanın oğlu nazirlikdəki işindən ayrıldı
Bu gün Safurə İbrahimovanın doğum günüdür
12 mart Cabir Novruzun doğulduğu gündür
Bu gün Cabir Novruzun doğulduğu gündür
Milli Məclisin birinci vitse-spikeri kimdir? - Dosye
Erməni gülləsinə tuş gəlməyən...
Xalq artisti Vaqif Əsədov vəfat etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 