Unutmayaq, unutdurmayaq!
3 yanvar 1804 – cü ildə Qacarlar nəslindəm olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının axırıncı xanı- Cavad xanın rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olduğu gündür.
Cavad xan 1748-ci ildə Gəncə şəhərində doğulub. Gəncədə XVI əsrdən hökmranlıq etmiş, ilk doqquz Qızılbaş tayfalarından biri olan və Qacarların bir qolu sayılan Ziyadoğlular nəslindəndir. 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuş Şahverdi xanın oğludur.
1786-cı ildə hakimiyyətə gələn Cavad xanın dövründə (1786-1804) Gəncə xanlığı daha da möhkəmlənir və inkişaf edir. O, xaricdən asılılığı azaltmaq məqsədi ilə xanlığın qızıl və gümüş sikkələrini buraxmağa başlayır. Ticarət genişlənir, müxtəlif sənət sahələri inkişaf edir. Yaşayış binaları, karvansaralar, məscidlər tikilir. Xan sarayında alimlər, şairlər məclisi toplanır.
Cavad xan həmin dövrdə bir-birini sürətlə əvəz edən mürəkkəb hadisələr fonunda fəal siyasi fəaliyyət aparırdı. Yaxınlaşan Rusiya təhlükəsi qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyllərindən istifadə edərək antirusiya koalisiyası yaratmağa çalışır. Lakin həlledici anda onlardan dəstək ala bilmir və güclü düşmən qarşısında tək qalır.
XIX əsrin əvvəllərində Rusiya imperiyası Azərbaycanın işğalı planını reallaşdırmağa başlayır. Bu məqsədlə ilk olaraq mühüm strateji mövqeyə malik Gəncəni ələ keçirmək qərara alınır. İmperiyanın Qafqazdakı canişini general Sisianov yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə Azərbaycan ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq ən önəmli məsələlərdəndir.
Sisianov Cavad xana bir neçə dəfə təslim olmağı təklif etsə də, rədd cavabı alır. 1803-cü il noyabrın 20-də onun komandanlığı altında rus ordusu Tiflisdən Gəncə üzərinə yeriyir və dekabr ayında şəhəri mühasirəyə alır.
Gəncə şəhərinin ikiqat müdafiə səddi və 6 bürcü qala ilə əhatələnməsi Cavad xana bir müddət hücumları dəf etmək imkanı verir.
1804-cü il yanvarın 3-də rus ordusunun iki istiqamətdən şəhər üzərinə güclü hücumu başlanır. Üçüncü cəhddən sonra ruslar qalanı almağa müvəffəq olur. Cavad xanın və oğlu Hüseynqulu xanın da qəhrəmancasına həlak olduğu bu döyüşdə Gəncənin iki mindən çox müdafiəçisi öz həyatını itirir.
İşğaldan sonra Gəncə şəhərinin adı dəyişdirilərək çar I Aleksandrın arvadı Yelizavetanın şəhərinə Yelizavetpol adlandırılır.
1826-cı ildə Cavad xanın digər oğlu, Uğurlu xan Gəncəni azad etməyə nail olur. Lakin rus ordusuna dəstək üçün əlavə qüvvələrinin gəlməsindən sonra şəhər yenidən rusların əlinə keçir.
Cavad xan Gəncədə Şah I Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olunur. 1962-ci ildə yaxınlıqdakı meydanın rekonstruksiyası zamanı onun məzarı dağıdılır. Lakin, xalq bu qəhrəman övladının cəsədinin qalıqlarını gizli şəkildə qoruyub saxlayır. 1990-cı il martın 27-də Cavad xanın nəşi öz əvvəlki yerində torpağa tapşırılır və üzərində məqbərə ucaldılır.
Allah rəhmət eləsin.
Cavid İsmayıl



Şəhadəti ilə ölümsüzlüyə ucaldı Cavad xan!
ŞƏHADƏTİ İLƏ ÖLÜMSÜZLÜYƏ UCALDI CAVAD XAN!
Böyük Azərbaycan sərkərdəsi Cavad xan
Gəncədə Cavad xanın xatirəsi anılıb
5 may-Əhməd Cavadın anadan olduğu gündür
28 yanvar Həsənəli xan Qaradağinin doğulduğu gündür
5 MAY ƏHMƏD CAVADIN ANADAN OLDUĞU GÜNDÜR
5 may Əhməd Cavadın doğulduğu gündür
12 avqust-Cavad Heyyətin doğulduğu gündür
Gəncədə Novruz bayramı böyük coşqu ilə qeyd edilib - FOTO
Gəncədə DAH BİR DƏHŞƏT: İki nəfəri ildırım vurdu, biri komadadır
İmran Xanı yaralayan şəxsdən ŞOK AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 