Unutmayaq, unutdurmayaq! 1992-ci ilin avqust ayında Goranboy rayonunun Ballıqaya kəndində erməni terrorçu-quldur birləşmələri tərəfindən daha bir qanlı və amansız cinayət – Ballıqaya qətliamı törədilib. Qətliam 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində baş verib. Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq 24 nəfəri amansızlıqla qətlə yetirib, 9 nəfəri isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi. Qətlə yetirilənlərin əksəriyyəti uşaqlar və qadınlardır. 6 uşaq və 13 qadın amansızlıqla qətlə yetirilib, uşaqlardan ən böyüyünün 12 yaşı var idi, ən kiçiyi Hümbətov Canpolad Vəzir oğlu isə cəmi 6 aylıq olub. Bundan əlavə qətlə yetirilən 24 nəfərdən 6-sı yaşlı şəxslər olub. Onlardan ən yaşlısı Vəliyeva Zeynəb Hüseyn qızı 93 yaşında olub. Onlar xüsusi amansızlıqla, iriçaplı atıcı silahlardan atılan atəş nəticəsində qətlə yetirilib, həlak olmuş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam haqqında danışan politoloq Şəbnəm Həsənova bildirib ki, Ballıqaya Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən ağır qətliamlardan biridir: “Ermənistanın beynəlxalq hüququn heç bir norma və prinsiplərinə əməl etməyərək terroru dövlət siyasəti həddinə çatdırdığının tarix boyu şahidi olmuşuq. Bu mənfur qonşu elə tarix boyu da Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməklə kifayətlənməyib, bu yolda mülki obyektlərimizi və vətəndaşlarımızı da daim hədəfə alıb. Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək niyyəti ilə silsilə kütləvi qırğın aktları törədiblər. Bu qətliamlardan biri və ən amansızı da 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş Ballıqaya qətliamıdır. İnsanlıq və humanizm prinsiplərini ən kobud, qəddar şəkildə tapdalayaraq öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb. Bu azmış kimi Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib. Ümumilikdə isə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub”. Ballıqayada 24 nəfər xüsusi amansızlıqla qətlə yetirilib:
| № | A.S.A | Doğum tarixi | Yaşı |
| Azyaşlı uşaqlar | |||
| 1 | Hümbətov Elçin Vəzir oğlu | 1980 | 12 yaş |
| 2 | Hümbətov Bəxtiyar Vəzir oğlu | 1982 | 10 yaş |
| 3 | Hümbətov İsmayıl Vəzir oğlu | 1984 | 8 yaş |
| 4 | Hümbətov Nəvadi Vəzir oğlu | 1986 | 6 yaş |
| 5 | Hümbətova Gülnar Vəzir qızı | 1988 | 4 yaş |
| 6 | Hümbətov Canpolad Vəzir oğlu | 1992 | 6 ay |
| Qadınlar | |||
| 1 | Abdullayeva Səadət Abdulla qızı | 1973 | 19 yaş |
| 2 | Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı | 1935 | 57 yaş |
| 3 | Mehdiyeva Ayna Hümbət qızı | 1967 | 25 yaş |
| 4 | Mehdiyeva Bəyim Aydın qızı | 1959 | 33 yaş |
| 5 | Mehdiyeva Gülayə Əli qızı | 1925 | 67 yaş |
| 6 | Mehdiyeva Süraya Məhəmməd qızı | 1956 | 36 yaş |
| 7 | Kalbalıyeva Nubar Muradxan qızı | 1952 | 40 yaş |
| 8 | Vəliyeva Zeynab Hüseyin qızı | 1899 | 93 yaş |
| 9 | Alməmmədova Minaya Əbilqasım qızı | 1930 | 62 yaş |
| 10 | Alməmmədova Zeynəb Şəmil qızı | 1972 | 20 yaş |
| 11 | Alməmmədova Kəmalə Şəmil qızı | 1976 | 16 yaş |
| 12 | Hümbətova Hürzaman Qara qızı | 1959 | 33 yaş |
| 13 | Hümbətova Gülnar Vəzir qızı | 1988 | 4 yaş |
| Qocalar | |||
| 1 | Abdullayev Abdulla Bədəl oğlu | 1934 | 58 yaş |
| 2 | Mehdiyev Hümbət Əbulqasım oğlu | 1930 | 62 yaş |
| 3 | Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı | 1935 | 57 yaş |
| 4 | Mehdiyeva Gülayə Əli qızı | 1925 | 67 yaş |
| 5 | Vəliyeva Zeynab Hüseyin qızı | 1899 | 93 yaş |
| 6 | Alməmmədova Minaya Əbilqasım qızı | 1930 | 62 yaş |



Ballıqaya faciəsindən 29 il ötür
XİN Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar BƏYANAT YAYDI
Azərbaycanda DƏHŞƏTLİ QƏTL – Ana 10 aylıq körpəsini boğub öldürdü
Azərbaycanda toyda qan töküldü
Türkiyədə müəllim Xocalıda qətlə yetirilən hamilə qadının heykəlini hazırladı
Türkiyə mətbuatı Xocalıdan yazdı
Dəhşətli qətliam- Onlarla çoban qətlə yetirildi
Azərbaycanda "JEK"də işləyən qadını amansızlıqla öldürdülər
Qaradağlı faciəsindən 31 il ötür
Bakıda 33 yaşlı qadını amansızlıqla öldürdülər
Azərbaycanda dəhşətli qətl
İş adamı öldürülməsinin TƏFƏRRÜATI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 