Unutmayaq, unutdurmayaq!
25 sentyabr (1890-1988) XX əsrin görkəmli ziyalılarından biri olan xalqımızın təfəkkür xəzinəsinin itib, məhv olmaması üçün əvəzsiz xidmət etmiş folklorşünas Əbülqasım Nurməhəmməd oğlu Hüseynzadənin doğulduğu gündür.
Əbülqasım Hüseynzadə 25 sentyabr 1890-cu ildə Bakıda anadan olmuşdur. O, orta təhsilini 6 sinifli şəhər məktəbində almış, sovetdən əvvəl Bakı tütün fabrikində baş mühasib və başqa vəzifələrdə işləmişdir. Azərbaycan Sovet Hakimiyyətinin tərkibinə keçdikdən sonra Əbülqasım Hüseynzadə 1920-1975 illərdə müxtəlif müəssisələrdə baş mühasib olmuşdur. O, eyni zamanda qiyabi yolla natamam ali təhsil almışdır.
Əbülqasım Hüseynzadənin Azərbaycan folklorunun toplanması və nəşri sahəsində mühim xidmətləri vardır. Onun "Atalar sözləri" (1926) kitabı Sovet hakimiyyəti illərində nəşr olunmuş ilk Azərbaycan atalar sözü kitabıdır. Sonrakı illərdə o, "Atalar sözü" (1938, 1949, 1956, 1965, 1981, 1986), "El sözləri" (1944), "Hikmətli sözlər" (1961), "Müdrik sözlər" (1970), "Müxtəsər rusca-azərbaycanca və azərbaycanca-rusca atalar sözü lüğəti" (B.Thirbəyovla birgə, 1983), "Atalar sözü və zərb-məsəllər" və başqa kitabları çapa hazırlayaraq nəşr etdirmişdir.
Azərbaycan folkloru sahəsində göstərdiyi xidmətə görə ona 1981-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir.
Əbülqasım Hüseynzadə 2 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir.
Allah rəhmət eləsin.



25 sentyabrda Əbülqasım Hüseynzadənin doğulduğu gündür
Xalqımızın təfəkkür xəzinəsinin qoruyucusu
Əbülqasım Hüseynzadə 25 sentyabrda doğulub
Bu gün İsmayıl Şıxlının doğulduğu gündür
22 mart İsmayıl Şıxlının doğulduğu gündür
Bu gün Mehdi Hüseynzadənin doğulduğu gündür
26 iyul İsmayıl Şıxlının vəfat etdiyi gündür
17 MART ƏLİ BƏY HÜSEYNZADƏNİN VƏFAT ETDİYİ GÜNDÜR
17 mart Əli bəy Hüseynzadənin vəfat etdiyi gündür
Ayıltmadı qələmim, şu türk ilə əcəmi...
22 dekabr Mehdi Hüseynzadənin doğum günüdür
2 noyabr Mehdi Hüseynzadənin vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 