Unutmayaq, unutdurmayaq!
24 fevral (1864-1940) Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan - türk içtimai fikrinin ən görkəmli nümayəndələrindən biri, alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, Turançılıq məfkurəsinin böyük siması, üçrəngli bayrağımızın ideya müəllifi, XX əsr Azərbaycan mətbuatı və publisistikasısı sahəsində müstəsna xidmətləri olan jurnalist - Əli bəy Hüseynzadənin (Əli Hüseyn Turan) doğulduğu gündür.
Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçmüşdür. Atasını erkən itirən Əli bəy Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyümüşdür.
Tiflisdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində altısinifli məktəbdə (1870-1875), birinci şəhər gimnaziyasında (1875-1883) oxuyub, Peterburq Universitetinin Fizika-riyaziyyat (1885-1889), İstanbul Universitetinin Hərbi tibb (1890-1895) fakültələrində ali təhsil alıb.
Əmək fəaliyyətinə 1897-ci ildə İstanbulda Heydərpaşa xəstəxanasında həkim olaraq başlayıb, 1900-cü ildən İstanbul Universitetində Dəri-zöhrəvi xəstəlikləri kafedrasında professor köməkçisi (dosent) vəzifəsində çalışıb.
Əli bəy Hüseynzadə uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi.
O, 1903-cü ildə Türkiyədən Bakıya köçməyə məcbur olur. Xarici ölkədə təhsil aldığına görə Rusiya ərazisində həkim işləməsinə icazə verilmədiyindən Əli bəy Hüseynzadə jurnalistika sahəsində çalışır, “Kaspi” və “Bakı” qəzetlərində yazılarla çıxış edir.
Əli bəy Hüseynzadənin çoxşaxəli fəaliyyətinin təməlində turançılıq məfkurəsi dururdu. O, türk xalqlarının milli birliyi, milli dövlətçilik ideyasını ilk dəfə irəli sürüb, onun elmi-nəzəri əsaslarını işləyib hazırlamışdır. 1905-ci il inqilabından sonra türkçülük məramnaməsini “Həyat” qəzetində, “Füyuzat” jurnalında dərc etdiyi “Türkçülük kimdir və kimlərdən ibarətdir?”, “Yazımız, dilimiz”, “Türk dilinin vəzifeyi-mədəniyyəti” və digər məqalələrində geniş surətdə şərh edib.
1907-ci ildə “Füyuzat” jurnalı bağlandıqdan sonra Əli bəy Hüseynzadə pedaqoji fəaliyyət göstərib, Bakıda “Səadət” məktəbinin müdiri olub, “Tərəqqi” və “Həqiqət” qəzetlərində çalışıb, məşhur “Siyasəti-fürusət” əsərini hissə-hissə nəşr etdirib.
Türkiyədə Sultan Əbdülhəmid taxtdan salındıqdan sonra inqilabçı yoldaşları olan gənc türklərin dəvətilə 1910-cu ildə Türkiyəyə gedib, İstanbul Universitetində professor vəzifəsində pedaqoji fəaliyyətini davam etdirib. Məhəmməd Əmin Rəsulzadə ilə “Türk ocağı” dərnəyində çalışıb, I Dünya müharibəsi (1914-1918) illərində “Turan” türk birliyinin tərkibində Qərbi Avropa dövlətlərinə gedərək, türkçülük təbliğatı aparıb. Görkəmli türkoloq alim kimi, 1916-cı ildə Berlində “Türk qövmləri konqresi”ndə, 1926-cı ildə Bakıda türkoloji qurultayda iştirak edib.
Türk dünyasının böyük oğlu Əli bəy Hüseynzadə, 1940-cı il martın 17-də İstanbulda vəfat edib.
Allah rəhmət eləsin.



17 MART ƏLİ BƏY HÜSEYNZADƏNİN VƏFAT ETDİYİ GÜNDÜR
17 mart Əli bəy Hüseynzadənin vəfat etdiyi gündür
24 fevral Əli bəy Hüseynzadənin doğulduğu gündür
24 fevral Əli bəy Hüseynzadənin doğulduğu gündür
Əli bəy Hüseynzadə
25 sentyabrda Əbülqasım Hüseynzadənin doğulduğu gündür
ƏBÜLQASIM HÜSEYNZADƏ 25 SENTYABRDA DOĞULUB
14 yanvar Zahid Xəlilovun doğulduğu gündür
14 yanvar Zahid Xəlilovun doğulduğu gündür
5 may-Əhməd Cavadın anadan olduğu gündür
Bu gün Mehdi Hüseynzadənin doğulduğu gündür
Bu gün Zahid Xəlilov doğulub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 