Unutmayaq, unutdurmayaq! 18 fevral (1895-1965) Azərbaycan şairi, qəzəlxan, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi, Azərbaycanın ilk Dövlət Mükafatı laureatı Əliağa Məmmədqulu oğlu İsgəndərovun (Əliağa Vahid) doğulduğu gündür. Əliağa Vahid 18 fevral Bakı şəhərində anadan olmuşdur. Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunmuşdur. 20 yaşından qəzəllər yazmağa başlayıb. 1916- ci ildə “Tamahın nəticəsi” adlı ilk kitabı işıq üzü görüb. “Molla Nəsrəddin”, “Kirpi” jurnallarında satirik şeirləri çap edilib. Ümumiyyətlə sağlığında 13 kitabı işıq üzü görüb. Vahid ticarətlə də məşğul olub. 1919 –cu ildə Məşhədə gedir. Həm ziyarət, həm ticarət. Oradan böyük əmisi Hacı Abbasqulu ilə İran xalıları gətirib, Bakıda satarlarmış. O dövrün insanları da Vahidin yaradıcılığını dəyərləndiriblər. 1922- ci ildə M.Ə.Sabirin yubileyi olanda Əliağa Vahid yarım saat meyxana deyib. Bu, Nəriman Nərimanovun diqqətini çəkib. O zaman ilk dəfə dövlət mükafatı Vahidə verilib. 1943- cü ildə əmədar incəsənət xadimi adına layiq görülüb.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir. Deyilənlərə görə Əliağa Vahid əvvələr içki içən olmayıb. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Onun da adı orda olub. Mircəfər Bağırov Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdı. Ondan bizə nə ziyan gələcək. Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, bunula bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib. 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat etmişdir. Allah rəhmət eləsin.18 fevral Əliağa Vahidin doğulduğu gündür



Bu gün Əliağa Vahidin doğulduğu gündür
Əliağa Vahid xalq şairi olmasa da xalqın şairidir
Əliağa Vahid
Bu gün Əliağa Vahidin vəfat etdiyi gündür
1 oktyabr Əliağa Vahidin vəfat etdiyi gündür
Qəzəlin ustadı-Əliağa Vahid
20 fevral Əliağa Kürçaylının doğulduğu gündür
20 fevral Əliağa Kürçaylının doğulduğu gündür
1 oktyabr Əliağa Vahid dünyasını dəyişib
Qaldı arxada artıq ömrün xöşbəxt illəri - Əliağa Kürçaylı
14 oktyabr Məmməd Arazın doğulduğu gündür
14 oktyabr Məmməd Arazın doğulduğu gündür
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 