Unutmayaq, unutdurmayaq!
20 fevral (1928-1980) şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, Azərbaycan SSR əməkdar incəsənət xadimi Əliağa Kürçaylının (tam adı Vəliyev Əliağa Həsənağa oğlu) doğulduğu gündür
Əliağa Kürçaylı Salyan rayonu Kürqaraqaşlı kəndində doğulub. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub, 1944-1946-cı illlərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayıb. Daha sonra Bakı Təbabət Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş fəhlə olmuş, Rusiya Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946-1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. “Sənin gözlərin” adlı ilk şeiri ilə ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir.
Moskva radio qovşağında redaktor işləmiş, yaşlı yazıçıların birinci müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib İİO-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu Maksim Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərirlər, abu-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirir (1949-1954), eyni zamanda “Diaform” qəzeti redaksiyasında ədəbi işçi, nsksnavə incəsənət” qəzetində şöbə müdiri (1953-1955) işləyir. Bakıda ali ədəbiyyat kursunun dinləyicisi (1955-1957), “Azərbaycan gəncləri” qəzeti redaksiyasında şöbə müdiri (1959-1965), “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965-1966), “Literaturnıy Azerbaydjan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966-1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, yazıçılar ittifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), “Yazıçı” nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur.
1980-ci il fevralın 11-də vəfat etmişdir.
Allah rəhmət eləsin!



20 fevral Əliağa Kürçaylının doğulduğu gündür
Qaldı arxada artıq ömrün xöşbəxt illəri - Əliağa Kürçaylı
13 may Hikmət Ziyanın doğulduğu gündür
18 fevral Əliağa Vahidin doğulduğu gündür
Bu gün Əliağa Vahidin vəfat etdiyi gündür
Bu gün Əliağa Vahidin doğulduğu gündür
Əliağa Vahid
1 oktyabr Əliağa Vahidin vəfat etdiyi gündür
Əliağa Vahid xalq şairi olmasa da xalqın şairidir
16 avqust - Bəxtiyar Vahabzadənin doğulduğu gündür
Bu gün İsmayıl Şıxlının doğulduğu gündür
Bu gün Adil Mirseyidin doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 