Unutmayaq, unutdurmayaq! Azərbaycan muğamlarını caz texnikası ilə birləşdirərək caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi, görkəmli pianoçu, bəstəkar, caz ustası Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-cı ildə Bakıda anadan olub. İlk musiqi təhsilini anası Zivər xanımdan alan Vaqif Mustafazadəyə mahir pianoçu olan Zivər xanım xalq folklor nümunələri ilə yanaşı, klassik bəstəkarların İ.S.Baxın, L.V.Bethovenin, V.A.Motsartın, Ü.Hacıbəylinin və s. əsərlərini düzgün çalmağı öyrədirdi. Yeddiillik orta musiqi məktəbini bitirən Vaqif Mustafazadə Bakıdakı Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub və oranı 1963-cü ildə bitirib. Bu dövrdə o, S.Raxmaninovun, S.Prokofyevin fortepiano və simfonik orkestr üçün konsertlərini, İ.S.Baxın “Prelyüd və Fuqa”larını, V.A.Motsartın sonatalarını böyük ustalıqla ifa edirdi. Gənc Vaqifi Amerikada, Qərbi Avropada təşəkkül tapmış “caz” musiqi janrı özünə cəlb edirdi. O, daima radio dalğalarında caz musiqisi dinləyir, onun sirlərini öyrənir və bu janrı muğamla əlaqələndirməyə başlayır, onları müasir akkordlarla, caz üslubuna uyğun improvizasiya edirdi. Dövrün tələbinə uyğun olaraq musiqiyə qoyulmuş qadağa qarşısında tab gətirməyən Vaqif Mustafazadə Tiflis şəhərinə gedir, Gürcüstan Dövlət Filarmoniyasında «Qafqaz» caz-triosu yaradır. Vaqif Mustafazadə 1970-ci ildə Bakıya qayıdıb və Azərbaycan Bəstəkarlar İttifaqında «Leyli» adlı ilk qadın vokal kvartetinin əsasını qoyub. Bu kollektiv 1971-ci ildə Azərbaycan Televiziya və Radio Komitəsinin nəzdinə keçir və «Sevil» kvarteti kimi fəaliyyətini davam etdirir. Vaqif Mustafazadə 1978-ci ildə Monakoda VIII Beynəlxalq müsabiqədə birinci mükafata layiq görülərək Azərbaycanın Əməkdar artisti, Dövlət mükafatı laureatı adını alıb.
1979-cu ildə Azərbaycan televiziyasının «Məktəblilərin musiqi klubu» verilişində «Caz və Azərbaycan muğamları» mövzusunda tarixi çıxışını edən Vaqif Mustafazadə bu verilişdən bir gün sonra Daşkəndə qastrol səfərinə gedib və 17 dekabr 1979-cu ildə orada vəfat edib. Allah rəhmət etsin.16 mart Vaqif Mustafazadənin doğulduğu gündür



Vaqif Mustafazadə 16 dekabrda vəfat edib
Vaqif Mustafazadə 16 dekabrda vəfat edib
Vaqif Mustafazadə 16 dekabrda vəfat edib
Vaqif Mustafazadənin anım günüdür
Azərbaycan muğam caz hərəkatının memarı Vaqif Mustafazadə
Caz-muğam üslubunun banisi
2 mart Tahir Əkbərin vəfat etdiyi gündür
2 mart Tahir Əkbərin vəfat etdiyi gündür
2 mart Tahir Əkbərin vəfat etdiyi gündür
Azərbaycanda xalq artisti vəfat etdi
Əzizə Mustafazadə Xalq artisti oldu
16 aprel görkəmli bəstəkar Ramiz Mirişlinin vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 