Unutmayaq, unutdurmayaq. 17 aprel (1934-2015) Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti, gözəl pedaqoq, professor Ramiz Aqil oğlu Mirişlinin vəfat etdiyi gündür. Görkəmli bəstəkar Ramiz Mirişli 1934-cü il aprelin 16-da qədim Türk yurdu Naxçıvan şəhərində anadan olmuşdur. Asəf Zeynallı adına musiqi məktəbində oxuyan R. Mirişli 1956-1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır. Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən məharətlə bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir. Əminliklə deyə bilərik ki, Ramiz Mirişli yaradıcılığı boyu musiqinin bütün janrlarına müraciət edib. Müxtəlif janrlarda əsərlər yazan bəstəkar operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə musiqilərin müəllifidir. Bir nüansı xüsusi qeyd etmək lazımdır ki, musiqinin bütün janrlarından məharətlə istifadə etsə də, R.Mirişlini bir bəstəkar kimi xalqa daha çox tanıdan və sevdirən mahnı yaradıcılığı olub. Bəstəkar bu sevginin sirrini belə açmışdır: “Mahnı xalq tərəfindən sevilən janrdır. Yəqin bu, muğamatı yaxşı bilməyimdən irəli gəlir. Muğamat elə bir xəzinədir ki, bəstəkarlar ondan nə qədər götürsə də azalmır, əksinə, artır. Mənə elə gəlir ki, muğam ilahi tərəfindən səmadan göndərilmiş musiqidir. Bu, mükəmməl musiqini yaratmaq qeyri-mümkündür”. Ramiz Mirişlinin yaradıcılığı özünün təkrarsızlığı, bənzərsizliyi ilə seçilir. Onun musiqisi əsrarəngiz və bənzərsizdir. Onun mahnıları haqqında danışanda deyirlər ki, Ramiz Mirişli xalq ruhunda, xalq dilində yazan bəstəkar olmuşdur. Mahnılarının uzunömürlü olmasının, daim dillərdə, könüllərdə səslənməsinin sirri də elə bundadır. Tanınmış bəstəkar 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1990-cı ildə Azərbaycan Respublikasının xalq artisti, 1993-cü ildə professor adını almışdır. O, 14 aprel 2014-cü ildə “Şərəf” ordeni ilə təltif edilmişdir. Unudulmaz bəstəkar 17 aprel 2015 – ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin.
Bu gün Ramiz Mirişlinin vəfat etdiyi gündür



16 APREL GÖRKƏMLİ BƏSTƏKAR RAMİZ MİRİŞLİNİN VƏFAT ETDİYİ GÜNDÜR
16 aprel Ramiz Mirişlinin doğulduğu gündür
Ramiz Mirişli
Tahiroviç Prezidentin səlahiyyətli nümayəndəsinə müraciət etdi
26 iyul Şəfiqə Axundovanın vəfat etdiyi gündür
Şərqdə ilk opera yazan bəstəkar qadın - Şəfiqə AXUNDOVA
11 fevral Elza İbrahimovanın vəfat etdiyi gündür
10 yanvar Elza İbrahimovanın doğulduğu gündür
10 YANVAR ELZA İBRAHİMOVANIN DOĞULDUĞU GÜNDÜR
Bu gün Şəfiqə Axundovanın vəfat etdiyi gündür
Bu gün Asəf Zeynallının vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 