Unutmayaq, unutdurmayaq!
27 iyul (1933-1991) – Azərbaycan musiqiçisi, pianoçu, əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri namizədi, unudulmaz “Dan ulduzu” instrumental ansamblının yaradıcısı və rəhbəri olmuş Gülarə Əziz qızı Əliyevanın vəfat etdiyi gündür.
Əliyeva Gülarə Əziz qızı 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Ə.Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışmışdır. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri idi.
Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje etmişdir. Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və s. xarici ölkələrdə çıxış etmişdir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966–1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur. "Dan ulduzu" ansamblına onun adı verilmişdir.
1991-ci ildə həyat yoldaşı, kulturoloq Adil Adilovu, Moskva klinikasına müalicəyə yola salarkən kiçik qızı Nuridə və "Dan ulduzu" ansamblının istedadlı violonçelisti Minirə ilə birgə eyvana çıxır və köhnə eyvanın uçması nəticəsində həlak olur.
Allah rəhmət eləsin.



27 iyul - Gülarə Əliyevanın vəfat etdiyi gündür
27 iyul Gülarə Əliyevanın vəfat etdiyi gündür
27 iyul Gülarə Əliyevanın vəfat etdiyi gündür
Dövlət Akademik Filarmoniyasının noyabr repertuarı
Prezident və xanımı konsertdə iştirak etdi
12 mart Cabir Novruzun doğulduğu gündür
Bu gün Cabir Novruzun doğulduğu gündür
Bu gün Rəşid Behbudovun doğulduğu gündür
16 aprel Ramiz Mirişlinin doğulduğu gündür
Azərbaycanın əməkdar artisti vəfat etdi
25 iyul Mais Salmanovun vəfat etdiyi gündür
Bu gün Səttar Bəhlulzadənin vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 