Unutmayaq, unutdurmayaq!
18 sentyabr böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın (əsl adı – Behcəti Təbrizi ) vəfat etdiyi gündür.
Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün, 18 sentyabr hər il İranda “Milli Şeir Günü” kimi qeyd edilir. “Ulu Şəhriyarın poetik aləmdə yadigar qoyub getdiyi ədəbi irs xəzinəsini yalnız eni-uzunu,dərinliyi ölçüyə gəlməyən dəryalar, okeanlarla müqayisə etmək olar”.
Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində almışdır. Tibb kolecində təhsil aldıqdan sonra Xorasanda, daha sonra yenidən Tehranda notarius və bank işlərində çalışmışdır.
Şəhriyarda ədəbiyyata maraq uşaqlıqdan var idi. Bu sahədə peşakarlaşmasında valideynlərinin az rolu olmamışdır. O 7 yaşından azərbaycanca, 9 yaşından farsca şeirlər yazırdı. Artıq 20-ci illərin ortalarından etibarən artıq istedadlı bir gənc şair kimi tanınırdı. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və M.Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olmuşdur. Şəhriyar klassik şeirin bütün şəkillərində yazmış, ədəbiyyatı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirmişdir. Hansı üslubda yazmasından asılı olmayaraq onun bir mövzusu var idi – Vətəninin mənəvi bütövlüyünü görmək, can qardaşlarının xoş sədasını eşitmək. Həyatının böyük bir hissəsini İranın müxtəlif şəhərlərində, Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini vətənin taleyilə müqayisə edir, bu paralellikdə rəmzi bir məna görürdü.
Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunmuşdur.
Şəhriyar şeirlerini Azərbaycan türkcəsində və fars dillərində yazmışdır. O, İran ədəbiyyatının ən görkəmli liriklərindən sayılır.
Məhəmmədhüseyn Şəhriyar uzun müddət davam edən xəstəlikdən sonra 18 sentyabr 1988-ci ildə 82 yaşında Tehranda vəfat edir.
Vəsiyyətinə görə Təbrizin Şairlər məqbərəsində dəfn olunmuşdur.
Allah rəhmət eləsin!



18 SENTYABR MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYARIN VƏFAT ETDİYİ GÜNDÜR
18 sentyabr Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gündür
Məhəmmədhüseyn Şəhriyar
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan...
Ustad Şəhriyarın şagirdi vəfat etdi
Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıqdır?! - Millət vəkili
23 sentyabr Məmməd Aslanın vəfat etdiyi günüdür
Bu gün Aydın Qaradağlının vəfat etdiyi gündür
Bu gün Məmməd Aslanın vəfat etdiyi günüdür
20 avqust Aydın Qaradağlının doğulduğu gündür
11 sentyabr Məhəmməd Əli Cinnahın vəfat etdiyi gündür
11 sentyabr Pakistanın "Ulu Öndər" İ Məhəmməd Əli Cinnahın vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 