Unutmayaq, unutdurmayaq!
11 noyabr (1934-2008), xalqımızın sevimlisi unudulmaz muğənni Azərbaycanın xalq artisti – İslam Rzayevin doğulduğu gündür.
İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlmişdir. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından olan İslam Rzayev, peşəkar musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində almış (1951-1956), Seyid Şuşinskinin sinifində muğam dəsgahlarını mükəmməl öyrənmiş, xanəndəlik sənətinin sirrlərinə dərindən bələd olmuşdur.
Həmçinin Zülfi Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri almış, sənətini təkmilləşdirmişdir. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmiş, həmin illərdən də Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamışdır.
Böyük məharətlə oxuduğu “Çahargah”, “Bayatı-Kürd”, “Mahu-Hindi”, “Rast” muğam dəsgahları AzTV-nin fonuduna daxil edilmiş, Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdi. Bir sıra mahnılar da bəstələmiş, onlardan “Gəl inad etmə”, “Dağlar başı”, “Almadərən” mahnıları geniş yayılmışdır. Öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət etmiş, Cahangir Cahangirovun “Nəsimi”, “Aşıq Alı” və s. kantatalarında solo partiyanı ifa etmişdir.
70-dən artıq qastrol səfərlərində olmuş, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil etmişdir. Pedaqoji işlə də məşğul olmuş, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınmışlar.
Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirdikdən sonra uzun illər ərzində Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. İyirmi ilə yaxın Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır.
120-ə yaxın gənc ifaçı yetişdirmiş, Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə ölkə prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif olunmuşdu.
Allah rəhmət eləsin.



26 yanvar-İSLAM RZAEVİN VƏFAT ETDİYİ GÜNDÜR
İslam Rzaev 26 yanvarda vəfat edib
İSLAM RZAEV 26 YANVARDA VƏFAT EDİB
Bu gün İslam Rzayevin vəfat etdiyi gündür
İslam Rzayev
18 mart Xan Şuşinskinin vəfat etdiyi gündür
20 noyabr Qədir Rüstəmovun doğulduğu gündür
İslam Rzayevi unutmadıq!
Seyid Şuşinskinin 130 illiyi qeyd ediləcək
Qəndab Quliyeva
14 dekabr Qədir Rüstəmovun vəfat etdiyi gündür
Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 