Prezident İlham Əliyev Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2019-cu ilin aprel ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq, respublikanın Xalq artisti Seyid Şuşinskinin (Mir Möhsün ağa Seyid İbrahim oğlunun) anadan olmasının 130 illiyi tamam olur. Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşatmışdır. Geniş diapazonlu nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirmişdir. Seyid Şuşinski müəllim kimi uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsi sahəsində də təqdirəlayiq fəaliyyət göstərmişdir. Sərəncamda qeyd edilir ki, Mədəniyyət Nazirliyi Xalq artisti Seyid Şuşinskinin 130 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Seyid Şuşinskinin 130 illiyi qeyd ediləcək



Prezidentdən Əlibaba Məmmədovla bağlı SƏRƏNCAM
Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq
18 mart Xan Şuşinskinin vəfat etdiyi gündür
Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
Bu gün İslam Rzayevin vəfat etdiyi gündür
İslam Rzaev 26 yanvarda vəfat edib
İlham Əliyev sərəncam imzaladı
11 noyabr İslam Rzayevin doğulduğu gündür
İSLAM RZAEV 26 YANVARDA VƏFAT EDİB
26 yanvar-İSLAM RZAEVİN VƏFAT ETDİYİ GÜNDÜR
20 avqust Xan Şuşinskinin doğum gündür
20 avqust Xan Şuşinskinin doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 