Unutmayaq, unutdurmayaq!
22 noyabr 1881 -ci ildə Azərbaycanın xilaskarı, Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış Türk sərkərdəsi və siyasi xadim olmuş Ənvər Paşanın doğum günüdür!
Ənvər Paşa İttihad və Tərəqqi Cəmiyyətinin öndərlərindən biri olmuş, 1913-cü ildə “Babıali Basqını” adı verilən hərbi çevrilişlə bu partiyanın iqtidara gəlməsinə nail olmuşdur. 1914-cü ildəki Almaniya ilə hərbi ittifaqın və Osmanlı dövlətinin Birinci dünya müharibəsinə daxil olmasının təşəbbüskarlarından biri olmuşdur. Müharibə illərində Hərb naziri vəzifəsini yerinə yetirmişdir.
Birinci dünya müharibəsinin məğlubiyyətlə nəticələnməsindən sonra Qafqazda və Mərkəzi Asiyada yaşayan türk xalqlarının dirçəlməsi və birləşməsi üçün mübarizə aparmış, bu uğurda qoşulduğu bir qiyamda Tacikistanda rus ordusu tərəfindən öldürülmüşdür.
1914-cü ildə Sultan Əbdülməcidin nəvəsi (Şahzadə Süleymanın qızı) Naciyə Sultanla evlənərək Osmanlı ailəsinə kürəkən olmuşdur. Bu evlilikdən Türkan Mayatepek (ö. 1989) və Mahpeyker Ürgüp adlı qızları və Əli Ənvər Akoğlu (1921–1971) adlı bir oğlu vardır. Ənvər Paşa sabiq baş qərərgah rəisi Kazım Orbayın da qaynı idi.
ALLAH RƏHMƏT ELƏSİN! RUHU ŞAD OLSUN! AMİN!



Bu gün Ənvər Paşanın doğum günüdür
Azərbaycanın xilaskarı Ənvər Paşa
4 avqust Ənvər Paşa vəfat etmişdir
Bu gün Türkiyə Cümhuriyyətinin yarandığı gündür
Dəməşqdə yaşayan Osmanlı şahzadəsi vəfat etdi
Bu gün Nihal Atsızın doğulduğu gündür
Osmanlı dövləti təhqir edildi- Şok
Bu gün Səttar xanın doğulduğu gündür
19 MAY ƏHMƏD BƏY AĞAOĞLUNUN VƏFAT ETDİYİ GÜNDÜR
Bu gün Mustafa Kamal Atatürkün anım günüdür
O YOL MÜQƏDDƏS AMAL UĞRUNDA ŞƏHADƏT YOLU İDİ – CAVİD İSMAYIL YAZIR
O YOL MÜQƏDDƏS AMAL UĞRUNDA ŞƏHADƏT YOLU İDİ – CAVİD İSMAYIL YAZIR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 