Unutmayaq, unutdurmayaq!
9 fevral (1441-1501) böyük şair, filosof, dövlət xadimi, Türk dünyasının dahi oğlu, Özbək türkü Nizaməddin Mir Əlişir Nəvainin doğulduğu gündür.
Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur. Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanırdı. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi.
Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyümüş və təhsil almışdır. Daha sonralar Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olan zaman uşaqlıq dostu Nəvaini özünə köməkçi etdi. Ona möhürdarlıq, divanbəyliyi və sonra da “əmir” rütbəsini verdi.
Dövrünün tanınmış alim və şairlərindən biri olan Hüseyn Bayqara və Əlişir Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdilər. Nəvai yaxşı bir dövlət xadimi olduğunu da göstərmişdir. Yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuşdur. Zamanın bəstəkar və rəssamlarını ən çox təşviq və himayə edənlərdən biri də Nəvai olmuşdur. Ancaq onun əsas böyük xidməti “Türkçülük” və “Türk dilçiliyi” sahəsində olmuşdur və bu baxımdan misilsizdir.
Əlişir Nəvai 16-sı mənzum,16-sı mənsur olmaqla bir-birindən dəyərli 32 əsər yazmışdır.Çoxunun əlyazma nüsxələri kitabxanalarımızda saxlanılır.Bu əsərlərin hamısı məşhurdur,amma ən məşhurları “Mühakəmət-ül Lüğəteyn”,”Məcalisün-Nəfais” adlı əsərləriylə,beş məsnəvidən ibarət olan “Xəmsə”si və bütün şerlərini topladığı “Divan”lardır.
“Mühakəmət-ül Lüğəteyn” adlı əsərində Türk və fars dillərini qarşılaşdırır.Türk dilinin və Türklərin əcəm dilindən və əcəmlərdən hansı baxımdan üstün olduğunu açıqlayır,sübuta yetirir. “Məcalisün-Nəfais” şairlər və ədiblər təzkirəsidir.Başqa cür desək,bir ədəbiyyat tarixidir və 15-ci əsrdə Türküstan və iranda yetişən şairlərin həyat və yaradıcılıqlarına dair dəyərli məlumatlar verməkdədir. “Xəmsə”sində “Fərhad və Şirin”,”Leyli və Məcnun” kimi mənzum romanları, Makedoniyalı İskəndərin həyatından bəhs edən “Səddi-İskəndəri”,sasani hökmdarı Bəhram Gurun həyatından bəhs edən “Səbəy-Səyyarə” adlı tarixi əsərləri,əxlaq və təsəvvüfə dair fikirlərini əks etdirir. Divanlarında isə uşaqlığından etibarən yazdığı bütün şerləri toplanıb. Qəzəllər, müxəmməslər, rübailər, müstəzadlar, müfrədlərdən ibarət bu şerlər Orta Asiya Türk dilinin ən gözəl nümunələridir.
Əlişir Nəvainin şerləri həm yazıldıqları dövrdə, həm də sonralar bütün Türk dünyasında zövqlə oxunmuş,çox məşhur Türk şairləri onu örnək bilmiş, ona təriflər yazmışdır.15-ci əsrdə yaşamış böyük Osmanlı şairi Əhməd Paşa, 16-cı əsrdə yaşamış və Azərbaycan ləhcəsiylə yazmış məşhur Füzuli Nəvaidən təsirlənmişlər. Bir çox Osmanlı ziyalısı, o cümlədən Yavuz Sultan Səlim Nəvainin heyranı idilər. 18-ci əsrdə böyük divan şairlərimiz Nədim belə Nəvai dilində (Cağatay ləhcəsiylə ) şerlər yazmışdır. Türkiyəli bir çox şairlər Nəvainin şerlərinə nəzirələr söyləmişlər. Bu təsir Tənzimatdan sonra belə özünü göstərmiş, Ziya Paşanın “Xərabat” adını daşıyan üç cildlik antoloji əsərində Nəvainin şerlərinə xüsusi yer verilmişdir. Zəmanəmizdə yayılan bütün ədəbiyyat tarixlərində də Nəvai elmi, dini, sənəti, Türkçülüyü və təsirləri ilə yer tutur.



9 fevral Əlişir Nəvainin doğulduğu gündür
Bu gün Əlişir Nəvainin doğulduğu gündür
Əlişir Nəvai
30 may Mirzə Ələkbər Sabirin doğulduğu gündür
24 oktyabr Hüseyn Cavidin doğulduğu gündür
18 fevral Əliağa Vahidin doğulduğu gündür
Bu gün Əliağa Vahidin doğulduğu gündür
24 fevral Əli bəy Hüseynzadənin doğulduğu gündür
24 fevral Əli bəy Hüseynzadənin doğulduğu gündür
18 fevral Əmir Teymurun vəfatı günüdür
Əliağa Vahid xalq şairi olmasa da xalqın şairidir
13 fevral Bəxtiyar Vahabzadənin vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 