X/X əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi və maarifçisi Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani 1835-ci il iyulun 9-da Şamaxıda anadan olmuş, kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmiş anası Səkinə xanımın himayəsində qalmışdır.
Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseyn onu yanına aparmış və şair yeniyetməlik dövrünü babasının himayəsində keçirmişdir. İbtidai təhsilini orada alan Şirvani bir neçə Dağıstan ləhcəsi də öyrənmişdir. Babasının təsiri ilə dini elmlərə maraq göstərən şair 1853-cü ildə Şamaxıya qayıtmışdır. Biliyini artırmaq üçün bir müddət Bağdadda və Şamda yaşamışdır. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır.
Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir və 1857-ci ildə yenidən Məkkə, Mədinə, Misir və Suriyanı ziyarət edib vətənə qayıdan Seyid ruhani olmaq fikrindən əl çəkib məktəbdarlıqla məşğul olur.
«Əkinçi» qəzetinin nəşrini sevinclə qarşılayan şair şeirlərinin bir qismini bu qəzetdə çap etdirmişdir. «Əkinçi» bağlandıqdan sonra «Ziya», «Ziyayi-Qafqaziyyə» qəzetləri ilə əməkdaşlıq etmişdir.
1877-ci ildə Seyid Əzim Şamaxı məktəbinə Azərbaycan dili və şəriət müəllimi düzəlmiş, qısa fasilə ilə ömrünün sonuna qədər orada işləmişdir. 1879-cu ildə «siyasi cəhətdən şübhəli müəllim» kimi işdən çıxarılmış, Tiflisə şikayət etdikdən sonra yenidən öz vəzifəsinə qaytarılmışdır. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar.
1878-ci ildə Şamaxı ruhani məktəbində işləyərkən «Rəbiül-ətfal» (Uşaqların baharı) dərsliyini tamamlayır. 1887-ci ildə maarif sahəsindəki xidmətlərinə görə «Za userdiye» medalı ilə təltif olunmuşdur. Maddi ehtiyac içində yaşayan şair bu medalı almaq üçün 7 manat 50 qəpiyi tapa bilmədiyindən yalnız ölümünə 10 gün qalmış 1888-ci ilin may ayında almışdır.
Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat”, “Müctəhidin təhsildən qayıtması”, “Elmsiz alim”, “Alim oğul ilə avam ata” və s. satiralarıdır.
Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr yazan Seyid Əzim Şirvani 1888-ci il iyun ayının 1-də Şamaxıda vəfat etmiş və öz vəsiyyətinə görə Şaxəndan qəbirsanlığında dəfn edilmişdir.
Ruhu şad olsun.



ƏSƏRLƏRİ DÖVLƏT VARİDATI ELAN EDİLƏN – SEYİD ƏZİM ŞİRVANİ
Seyid Əzim Şirvani
Əsərləri dövlət varidatı elan edilən - Seyid Əzim Şirvani
Bu gün Seyid Əzim Şirvaninin doğulduğu gündür
Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi
Bu gün Abbas Mirzə Şərifzadənin doğulduğu gündür
Seyid Şuşinskinin 130 illiyi qeyd ediləcək
Bakıda daha bir qadın özünü binadan atdı
Mir Möhsün Nəvvabı unutmadıq
İranda etirazçılar edam edildi
Bakıda bayram namazı qılındı
Bakının bu rayonunda su olmayacaq - DİQQƏT
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 