Unutmayaq, unutdurmayaq!
20 oktyabr (1922-1992) xalqın sevimlisi, Azərbaycan SSR xalq artisti, təkrarolunmaz sənətkar Şövkət Feyzulla qızı Ələkbərovanın doğulduğu gündür.
Şövkət xanım Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdiktən sonra səhnə yaradıcılığına başlayıb.
1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib.
1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edə bilib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni ifa edib və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb.
Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edib. Şövkət Ələkbərovanın repertuarınadakı "Segah", "Qatar", "Şahnaz" kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları milyonlarla insan tərəfindən sevə-sevə dinlənilib.
Ş. Ələkbərova fevralın 7-si 1992-ci ildə dünyasını dəyişib.
Allah rəhmət eləsin.



20 oktyabr Şövkət Ələkbərovanın doğulduğu gündür
7 fevral Şövkət Ələkbərovanın anım günüdür
Şövkət Ələkbərovanın ilk nəticəsi doğuldu
26 iyul Şəfiqə Axundovanın vəfat etdiyi gündür
Şərqdə ilk opera yazan bəstəkar qadın - Şəfiqə AXUNDOVA
Səhnəmizin ilk peşəkar qadın opera müğənnisinin doğum günüdür
31 may Sara Qədimovanın doğulduğu gündür
31 may Sara Qədimovanın doğulduğu gündür
31 may Sara Qədimovanın doğulduğu gündür
12 may Sara Qədimovanın vəfat etdiyi gündür
12 MAY SARA QƏDİMOVANIN VƏFAT ETDİYİ GÜNDÜR
Bu gün Sara Qədimovanın anım günüdür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 