ONN İnformasiya Agentliyi

Ərdoğan İlham Əliyevə zəng etdi

Ərdoğan İlham Əliyevə zəng etdi
21 İyun 2019 - 20:24

İyunun 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

ONN media xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq bildirib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Azərbaycan və Türkiyə prezidentləri ikitərəfli münasibətlərimizin perspektivlərini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png