ONN İnformasiya Agentliyi

Azərbaycanda çəkilən bu görüntü Türkiyədə İLİN FOTOSU SEÇİLDİ – VİDEO

Azərbaycanda çəkilən bu görüntü Türkiyədə İLİN FOTOSU SEÇİLDİ – VİDEO
16 Aprel 2021 - 15:29

Gəncə terrorunda çəkilən azərbaycanlı qadının fotosu Türkiyə mediasının ən nüfuzlu mükafatına layiq görülüb.

ONN media  xəbər verir ki, sözügedən fotonu “Sabah” qəzetinin müxbiri Uğur Yıldırım Gəncəyə raket atıldığı günlərdə lentə alıb. 5188 kadr arasından fotoqrafın birinci seçilən fotosu “İlin media fotosu” mükafatını qazanıb. Bu kadrda raket partlayışından sonra bacısı Nurçin Əliyevanın ölüm xəbərini alan Fizzə Sadıqovanın ağrı-acısı əks olunub.

Fotoqrafın 44 günlük Vətən müharibəsində çəkdiyi digər fotolar da Türkiyə mediasında səs salıb. Onun bu fotoları “İlin fotoreportajı” kateqoriyasında ikinci seçilib. Uğur Yıldırıma Şuşa zəfərində çəkdiyi kadrlar da böyük uğur gətirib və “Xarici türklər özəl” mükafatını əldə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png