ONN İnformasiya Agentliyi

Azərbaycanlı şoumenin evindən qiymətli əşyaları oğurlandı

Azərbaycanlı şoumenin evindən qiymətli əşyaları oğurlandı
17 Noyabr 2021 - 18:30

Bu yaxınlarda Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin (Kərimov) malikanəsindən bir neçə milyon rubl dəyərində pul və zinət əşyaları oğurlanıb.

ONN media xəbər verir ki, bu, Timurun malikanəsinin yerləşdiyi Qluxovoda yaşanan ilk belə hal deyil. Oğurlanan dəyərli əşyalar arasında sənətçinin arvadına hədiyyə etdiyi üzük də olub.

Sənətçi oğruların izinə düşməyə yardım göstərənlərə mükafat vəd etdiyini bildirsə də, buna nail ola bilməyib. Belə ki, indiyə kimi baş verən oğurluqların heç birinin üstü açılmayıb.

“Bu, son illərdə yaşanan onuncu belə haldır, sayını itirdik. Soyğunçuluq çox mütəşəkkildir – bir adam bir saat mağazaya getsə, bu zaman onlar mənzili əhatəyə alacaqlar. Kəndin ortasında qeyri-qanuni hündürmərtəbəli bina tikilir, miqrant işçilər də ətrafdadır. Onlar material daşımaq üçün hasara nəhəng deşik açıblar. İdarəetmə şirkətinin işçiləri çiyinlərini çəkirlər və deyirlər, eybi yoxdur. Əraziyə kamera quraşdırmaq istəmirlər, mühafizəçilər onlara tabe olur və heç nə etmir. Kənara çəkilib “evlərinizə özünüz sahib çıxın, deyirlər. Artıq qorxuruq, heç nə edə bilmirik, uşaqları küçəyə buraxmaq təhlükəlidir” deyə, şoumenin qonşusu nəşrə açıqlamasında bildirib.

Timurun vəkili Sergey Jorin oğruların açıq-aşkar məlumat əsasında hərəkət etdiyini iddia edib:

“Onlar içəri daxil olan kimi qiymətli əşyaların saxlandığı otağa giriblər. Təbii ki, kottecdə videomüşahidə kameraları quraşdırılıb, amma qənimətlə yanaşı, yazıların saxlandığı serveri də çıxarıblar. Ümumiyyətlə, oğrular uzun müddətdir və ahəngdar işləyirlər. Amma onlar tanınmış bir şəxsi soymaqla səhvə yol verdilər – bu hadisə ictimai rezonansa səbəb olub. Ona görə də istərdik ki, bu kənddə baş verən oğurluqlarla bağlı istintaq aparılsın”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png