ONN İnformasiya Agentliyi

Qarabağdakı erməni terrorçu özünü güllələdi

Qarabağdakı erməni terrorçu özünü güllələdi
27 İyul 2021 - 11:23

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşdirilən rus sülhməramlılarının arxasında gizlənərək, hələ də Azərbaycanda qalmaqda davam edən qanunsuz erməni hərbi birləşmələrinin əsgəri “postda” ölümcül güllə yarası alıb.

Bu barədə erməni mediası məlumat yayıb.

Qeyd edilib ki, 26 iyul saat 22:26-da 2002-ci il təvəllüdlü Sərkis Qriqoryan ölümcül yaralanıb. Onun hansı şəraitdə güllələndiyi məlum deyil.

***

S.Qriqoryan sol sinə nahiyəsindən atəş açaraq intihar edib.

Bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Xatırladaq ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, erməni hərbi birləşmələri rus sülhməramlılarının yerləşməsi ilə Azərbaycan ərazisindən çıxmalıdır. Bu vaxta qədər Azərbaycan ərazisindən çıxmayan erməni hərbçiləri qanundankənardır və terrorçu sayılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png